Qlobal iqtisadiyyat üçün 2019 proqnozları
Dünya İqtisadi Forumu (WEF) tərəfindən risklər daxil qlobal iqtisadiyyatı bu il nələrin gözlədiyinə dair 10 proqnoz yayımlanıb.
"Marja" xəbər verir ki, Forumun hesabatında, bu ilin 10 təxmini arasında ilk yerdə, ABŞ iqtisadiyyatının artım trendinin üstündə qalacağı proqnozu yer alır. Bunun ardınca Yaponiyada inkişafının zəif qalacağı, Çin iqtisadiyyatının yavaşlamağa davam edəcəyi və inkişaf edən bazarlarda artımının 4,6% düşəcəyi gəlir.
Bu il qlobal iqtisadiyyata bağlı digər təxminlər əmtəə qiymətlərinin "enişli-yoxuşlu səfərə başlaması", qlobal inflyasiya nisbətinin 3%-ə yaxın qalması, Fed-in faiz artırması və digər mərkəzi bankların bunu izləməsi, dolların güclü qalacağı, siyasi şoklarının riskləri artırdığı ancaq 2019-da durğunluğa təkan verməsi üçün kafi olmadığı şəklində sıralanıb.
Hesabatda, ABŞ iqtisadiyyatının vergi endirimləri və xərcləmələrin artmasına görə 2018-də gözləniləndən çox artacağı qeyd edilib, 2019-da da vergi endirimlərinin təsirinin hiss ediləcəyi, iqtisadi artımın keçən ildən az olacağı, ancaq 2,6% ilə hələ də trendin üzərində qalacağı qeyd edilib.
Hesabatda qeyd edilib ki, Dollar, ABŞ iqtisadiyyatının trendin üzərində artması, Fed-in faiz artırmasının gözlənildiyi üçün 2018-də olduğu kimi 2019-da da güclü qalacaq. Son zamanlar valyuta bazarlarındakı nisbi sakitlik nəzərə alındıqda, xüsusilə də inkişaf etməkdə olan ölkə pularına bağlı olaraq bu il dolların çox dəyər qazanması mümkün görünmür. Avropadakı siyasi qeyri-müəyyənlik avro və sterlinq üçün mənfidir, avro/dollar məzənnəsinin bu ili 1,10 səviyyəsində başa vuracağı gözlənilir.Dollar/yuan məzənnəsinin də 7 səviyyəsindən aşağı qalacağı nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


















.jpg)





