"AGBank" uzun müddətdən sonra mənfəətə çıxdı - BANKIN VƏZİYYƏTİ AÇIQLANDI
"2018-ci ili "AGBank" uğurlu tamamlayıb".
"Marja" xəbər verir ki, bu, Bankın yaydığı məlumatda deyilir.
Məlumatda bildirilir:
"İlkin olaraq onu qeyd etmək istəyirik ki, Bank 2017-ci ildən fərqli olaraq 2018-ci ili xalis mənfəətlə başa vurmuş və il ərzində 5,4 mln. manat xalis mənfəət əldə etmişdir.
Bundan əlavə bank il ərzində səhmlərin iki emissiyasını həyata keçirərək nizamnamə kapitalını 1,6 mln. manat artıraraq 103,8 mln. manata çatdırmışdır.
İl ərzində faiz xərclərinin 25% azaldılması hesabına 2018-ci ildə bankın faiz marjasında artım tempi 54% təşkil etmişdir.
Qeyri-faiz gəlirləri 5,4 milyon manat artmış, qeyri faiz xərcləri isə 6,3 milyon manat azalmışdır. Bunun nəticəsində bankın qeyri-faiz marjası 38% artmışdır. Qeyri-faiz gəlirlərin artımı əsasən əməliyyat gəlirlərinin artması hesabına baş vermişdir. Qeyri-faiz gəlirlərinin qeyri-faiz xərclərini örtməsi nisbəti 112% təşkil edir ki, buda beynəlxalq təcrübədə qəbul olunmuş 50% əmsaldan 2.2 dəfə artıq göstəricidir.
Bankın qəbul etdiyi xərclərin optimallaşdırılması strategiyasına uyğun olaraq 2017-ci illə müqayisədə inzibati xərclər 1,1 milyon manat azalmışdır. Mövcüd kadr potensialından səmərəli istifadə olunması nəticəsində işçilərə çəkilən xərc əvvəlki illə müqayisədə 10% azalmışdır.
Bankın dayanıqlığını qiymətləndirmək üçün beynəlxalq praktikada istifadə olunan bir sıra göstəricilərdə də müsbət nəticələr əldə olunmuşdur. Belə ki, gəlirlərin və xərclərin artım tempi müvafiq olaraq 1,10 və 0,89 olmuş və nəticədə gəlirlərin artımının elastikliyi əmsalı 1,24 olmuşdur. Əmsalın 1-dən çox olması vəsaitlərin qənaətlə istifadəsini göstərir. 2018-ci ilin nəticəsinə görə bank keçmiş illərdə itirmiş kapitalını bərpa etmişdir. Belə ki, 31 dekabr 2018-ci il tarixinə bankın məcmu kapital 52,4 milyon manat və məcmu kapitalın adekvatlıq əmsalı 10,11% təşkil etmişdir".
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 20 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır





















