Birinci Qafqaz Süd Sənayesi Konqresi keçiriləcək
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (ƏKTT) və Ukraynanın Süd İstehsalçıları Birliyi (USİB) ilə birlikdə Birinci Qafqaz Süd Sənayesi Konqresini təşkil edəcək və bu tədbir Şərqi Avropa Süd Sənayesi Konqresi çərçivəsində 14 mart 2017-ci ildə Gürcüstanın Tbilisi şəhərində baş tutacaq. Bu barədə "marja"ya AYİB-dən bildirilib.
Bankın məlumatında bildirilir ki, bu tədbir 200 nəfərdən çox iştirakçını, o cümlədən Gürcüstan, Ermənistan, Azərbaycan, Ukrayna Şərqi Avropa və Mərkəzi Asiyanın digər ölkələrindən özəl süd təsərrüfatlarının sahiblərini, emal müəssisələrinin rəhbərlərini, gələcək sərmayədarları, beynəlxalq təşkilatları və dövlət nümayəndələrini iştiraka cəlb edəcək.
Bu tədbir sağmal qara-malın yetişdirilməsinə dair müasir texnoloji və işgüzar yanaşmaları həqiqi hadisələr və regionun süd istehsalçıları və fermerlər birliklərinin təcrübəsi əsasında tədqiq etmək üçün imkan yaradacaq.
Gürcüstan, Ermənistan, Azərbaycan, Ukrayna və digər ölkələrin ən uğurlu ferma təsərrüfatlarının menecerləri və mütəxəssisləri öz uğurlarının sirlərini açacaqlar. Onların bəziləri artıq ildə hər inəkdən 10 min litrdən çox süd almağa müvəffəq olublar və Gürcüstanda buna bənzər məhsuldarlıq səviyyəsinə nail olmaq texniki və iqtisadi cəhətdən mümkündür.
Süd Sənayesi konqresi çərçivəsində ƏKTT və AYİB-nin “Müvafiq bazanın yaradılması yolu ilə Gürcüstanın süd sənayesində ərzaq təhlükəsizliyinin təkmilləşdirilməsi” adlı birgə layihəsinin əsas nəticələri və özəl süd istehsalı müəssisələrinin gələcək inkişafına dair tövsiyələr təqdim olunacaq.
Konqresin ikinci günündə iştirakçılar Gürcüstanda qabaqcıl texnologiyaların artıq uğurla tətbiq edildiyi özəl süd fermalarını ziyarət etmək imkanı əldə edəcəklər.
Qafqaz Beynəlxalq Süd Sənayesi konqresi regionda müasir süd sənayesinin inkişafında maraqlı olan fermerlər və süd sənayesinin digər subyektləri arasında bilik və texnologiya mübadiləsi üçün bir platforma yaradacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)






