"Standard & Poor’s" PAŞA Bankın yüksək reytinqini növbəti dəfə təsdiq edib
Standard & Poor's beynəlxalq reytinq agentliyi Azərbaycanın aparıcı korporativ bankı olan PAŞA Bankın yüksək reytinqini növbəti dəfə təsdiq edib. Belə ki, emitentin defoltunun uzunmüddətli reytinqi ("EDR") "ВВ-" səviyyəsində, qısamüddətli EDR - "B" səviyyəsində təsdiq olunub.
Reytinqin təsdiqi, korporativ kreditləşmə seqmentində PAŞA Bankın bazar payının, oxşar maliyyə institutları ilə müqayisədə coğrafi diversifikasiya göstəricilərinin, bank aktivlərinin keyfiyyətinin və digər əsas göstəricilərin qiymətləndirilməsinə əsaslanır.
PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımov qeyd edib ki, "Standard & Poor's" agentliyi tərəfindən yüksək reytinqin növbəti dəfə təsdiqlənməsi Bankın beynəlxalq ekspertlər icması arasında Azərbaycanın aparıcı maliyyə qurumlarından biri kimi qəbul edildiyini bir daha sübuta yetirir.
"Ekspertlər təkcə Bankın stabilliyini və güclü bazar mövqeyini deyil, həmçinin, PAŞA Bankın Azərbaycan, Türkiyə və Gürcüstanda işgüzar coğrafiyasının keyfiyyət dərəcəsinin genişləndirilməsini bir daha təsdiq etdilər. Bütün bunlar mövqeyimizin regional korporativ investisiya bankı və real sektorun etibarlı tərəfdaşı qismində güclənməsinə imkan verir", - deyərək T. Kazımov nitqini yekunlaşdırıb.
Qeyd edək ki, bu reytinq Azərbaycanın 100% yerli kapitallı bütün özəl banklar arasında əldə edilən ən yüksək reytinqlərdən biridir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 20 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
















