Qoyunçuluğun inkişafı üçün yeni layihə
Azərbaycanda kənd təsərrüfatının ikinci əhəmiyyətli sahəsi sayılan heyvandarlığın inkişaf etdirilməsi üçün yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulub.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq şöbəsinin müdiri Qabil Əbdüləliyev bildirib.
Onun sözlərinə görə, bu layihələr sayəsində ölkədə heyvanların cins tərkibinin keyfiyyətinin artırılması, məhsuldarlığının yüksəldilməsi planlaşdırılır. Əsas diqqət isə qoyunçuluğa yönəldilib. Bu məqsədlə də yeni layihənin reallaşdırılması nəzərdə tutulub.
"Məlumdur ki, ölkədə suvarma sahəsində problemlər müşahidə edilir. Odur ki, heyvandarlıq sahəsinin rəqabətə davamlı və sabit olması üçün heyvanların cins tərkibinin daha məhsuldar və keyfiyyətli olmasına çalışırıq. Eyni zamanda bu səylərimizi qoyunçuluq sahəsinin də inkişafına yönəltmək niyyətindəyik", - deyə Q. Əbdüləliyev əlavə edib.
Azərbaycanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatında (FAO) donor dövlət olduğunu xatırladan Q. Əbdüləliyevin sözlərinə görə, bu iştirak payı ilə ölkədə müəyyən layihələrin həyata keçirilməsi nəzərdə tutulub. "Bu məqsədlə FAO-ya qoyunçuluğun inkişafı üçün yeni layihə təqdim etmişik. Hazırda layihə nəzərdən keçirlir. Maldarlıqda olduğu kimi qoyunçuluqda da həm məhsuldarlığı yüksəltmək, həm də məhsulun istehsalı, emalı, eyni zamanda marketinqini yaxşılaşdırmağı düşünürük".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























