“Azərxalça”nın məhsulları İsveç bazarında - İLK MAĞAZA AÇILDI
“Azərxalça” Açıq Səhmdar Cəmiyəti istehsal etdiyi məhsulları beynəlxalq xalça bazarına çıxarmaq üçün mühüm tədbirlər həyata keçirir.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, cəmiyyət hər il dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq xalça satış-sərgilərində iştirak edir.
Həmin sərgilərdə nümayiş etdirilən xalçalar isə "Azərbaycan brendi" kimi təqdim olunur. 2016-2018-ci illərdə "Azərxalça"nın məhsulları Amerika Birləşmiş Ştatlarında, Almaniyada, Rusiyada və Cənubi Koreyada keçirilən belə tədbirlərdə sərgilənib və böyük maraq oyadıb. Bundan başqa, dünyanın bir sıra inkişaf etmiş ölkələrinin bu sahə üzrə ixtisaslaşmış şirkətləri ilə əlaqələr yaradılıb, onlara xalça ixracı üçün razılıqlar əldə olunub.
Cəmiyyət Azərbaycan xalçalarının müxtəlif ölkələrdə satışının təşkili məqsədilə mağazalar yaratmaq istiqamətində də iş aparır. Artıq ilk mağaza İsveçin Stokholm şəhərində açılıb.
İsveçdə fəaliyyət göstərən “NGK-AZE” şirkəti Azərbaycan xalçalarının bu ölkəyə idxalı üçün “Azərxalça”ya müraciət edib. Təklif dəyərləndirilib, həmin şirkətin “Azərxalça”nın İsveçdəki distribütoru olmasına razılıq verilib. Stokholmun “Vikjö” ticarət mərkəzində açılan mağazada Azərbaycan xalçalarının Bakı, Qarabağ, Quba, Şirvan və Gəncə qrupları üzrə müxtəlifölçülü 15 xalça satışa çıxarılıb.
Qeyd edək ki, İsveçdə həndəsi naxışlı və al-əlvan rəngli Azərbaycan xalçalarına tarixən ciddi maraq olub. İsveçdəki kolleksionerlərin şəxsi kolleksiyalarında xeyli qədim Azərbaycan xalçaları vardır. Ancaq ilk dəfədir ki, bu ölkədə Azərbaycan xalçalarının satışı mağazası açılır.
Belə satış mağazalarının yaradılmasına başqa ölkələrin şirkətləri də maraq göstərirlər. Hazırda “Azərxalça” həmin təklifləri dəyərləndirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
38 d. əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 5 saat əvvəl
-
5 saat əvvəl
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Ən çox oxunanlar
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti


























