“Naxçıvan Bağları” Rusiyaya ixraca başlayıb
“Naxçıvan Bağları” Məhdud Məsuliyyətli Cəmiyyəti ixrac coğrafiyasını daha da genişləndirəcək.
"Marja" xəbər verir ki, bunu “Naxçıvan Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Elçin Bağırov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı çıxışında deyib.
Elçin Bağırov bildirib ki, əlverişli biznes mühitindən yararlanaraq 2011-ci ildə dövlətin maliyyə dəstəyi ilə istixana kompleksi yaradıb. Kompleksin yaradılmasına Sahibkarlığın İnkişafı Fondundan 3 milyon 250 min manat güzəştli kredit ayrılıb, özəl investisiya 2 milyon manat təşkil edib. Bu maliyyə dəstəyi Türkiyə, İspaniya, İsrail və İtaliya istehsalı olan yeni avadanlıqların və müasir texnologiyanın tətbiqinə, müəssisənin istehsal gücünün və rəqabətqabiliyyətliliyinin artırılmasına şərait yaradıb. Sahibkarlığa göstərilən dövlət qayğısından bəhrələnərək ilkin mərhələdə 12 min kvadratmetr sahədən ibarət olan istixana kompleksi genişləndirilərək 60 min kvadratmetrə, illik məhsul istehsalı isə intensiv üsullardan istifadə etməklə 250 tondan 1200 tona yüksəlib. Bundan əlavə, Kəngərli, Şahbuz, Ordubad rayonlarında 50 hektar açıq sahədə intensiv üsullarla tərəvəz və digər kənd təsərrüfatı bitkilərinin əkini həyata keçirilir.
“Hazırda mövcud istixana kompleksində istehsal etdiyimiz məhsullar muxtar respublikada əhalinin tələbatının ödənilməsi ilə yanaşı, Rusiya Federasiyasına da ixrac olunur. Gələcək hədəflərimiz ixrac coğrafiyamızı daha da genişləndirərək digər xarici ölkələrin bazarlarına çıxmağa nail olmaqdır”, - deyə Elçin Bağırov bildirib.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 53 d. əvvəl
-
58 d. əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti







.jpg)







.jpg)







