Xurmanın 90 faizdən çoxu, narın isə 30 faizi ixrac olunub
Göyçay rayonunda hazırda 6040 hektar meyvə bağı var. Bunun 3740 hektarı nar, 1470 hektarı xurma, qalanı isə heyva, alça, armud, gavalı və digər meyvə bağlarıdır.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, hazırda meyvə bağlarına üzvi və mineral gübrələr verilərək ağacların dibi bellənir, budama işləri görülərək pestisidlərlə dərmanlama aparılır. Bu işlər Aqrar İnkişaf Mərkəzinin mütəxəssislərinin nəzarəti altında həyata keçirilir. Bağlara qulluq işləri hər yerdə, xüsusilə daha çox nar bağları olan Bığır, Alxasava, Qarabaqqal, Mirzəhüseynli, geniş xurma bağları olan Cəyirli, Potu, Çayarxı, Qızılağac və digər ərazi vahidlərində daha mütəşəkkil və keyfiyyətlə görülür.
Qeyd edək ki, bağçılıq təsərrüfatı Göyçay sakinlərinin əsas məşğuliyyət sahələrindəndir. 2018-ci ildə rayonda 35 min ton nar, 25,5 min ton xurma istehsal olunub. Son illər istehsal edilən məhsulların, xüsusilə nar və xurmanın xeyli hissəsi xarici bazarlara ixrac edilir. Keçən mövsümdəki xurmanın 90 faizdən çoxu, narın isə 30 faizi Rusiya, Ukrayna və digər ölkələrə göndərilib. Göyçay narına ölkəmizdə də tələbat az deyil.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)









.jpg)







