Tarixində ilk dəfə mənfəət açıqladı
"Spotify"ın ödənişli abunəçilərinin sayı 100 milyona yaxınlaşıb
Rəqəmsal musiqi platforması "Spotify", tarixində ilk dəfə mənfəət açıqlayıb. "Marja" xəbər verir ki, 2008-ci ildə istifadəyə verilən İsveçin musiqi tətbiqi "Spotify"ın açıqladığı maliyyə nəticələrə görə, şirkət aylıq aktiv istifadəçi sayını son bir ildə 47 milyon artımla 207 milyona qaldırıb.
Bu istifadəçilərin 96 milyonunu aylıq ödəniş müqabilində xidmətdən istifadə edən "Spotify Premium" üzvləri təşkil edir. Premium abunəçilərin sayı son bir ildə 25 milyon artıb.
2018-ci ilin sonuna olan məlumata görə, dünya üzrə 78 ölkədə fəaliyyət göstərən şirkətin gəlirləri 2018-in son rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 30 faiz artımla 1.5 milyard Avroya çatıb. 2017-ci il ərzində 4 milyard Avro olan cəmi gəlirlər 2018-də 5.2 milyard Avronu aşıb.
Daha əvvəlki bütün rüblərdə zərər açıqlayan "Spotify", 2018-in son rübündə mənfəətə keçib. 2017-nin son rübündə 87 milyon Avro zərər edən şirkət, keçən ilin son rübünü isə 94 milyon avro mənfəətlə bağlayıb. 2017-ci il miqyasında isə 378 milyon Avro olan "Spotify"ın zərəri, 2018-də 43 milyon avroya düşüb.
Aylıq aktiv istifadəçilərin sayı (cəmi / ödənişli)
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)






