Türkiyənin tekstil ixracında 5 ilin rekordu
Uludağ regionu üzrə tekstil ixracı ittifaqının rəhbəri Nyuvit Gündəmir bildirib ki, Türkiyə 2018-ci ildə xarici ölkələrə 17,6 milyard dollar həcmində tekstil malları satıb ki, bu da 2017-ci ildəki göstəricidən 3,6 faiz çoxdur. Xəbəri “Anadolu” agentliyi yayıb.
N.Gündəmirin sözlərinə görə, bu, son beş ildə Türkiyənin toxuculuq sənayesində əldə olunan ən yüksək göstəricidir. O deyib: “Hazırda Türkiyə dünyanın 210 ölkəsinə və çox sayda azad iqtisadi zonalara tekstil məhsulları ixrac edir. Təqdirəlayiq haldır ki, Türkiyə tekstil sahəsində dünyada ən qabaqcıl yerlərdən birini tutur. Ölkəmizin ümumi ticarət dövriyyəsinin 10 faizindən çoxu məhz tekstil mallarının üzərinə düşür”.
N.Gündəmir “Anadolu” agentliyinin müxbirinə açıqlamasında həmçinin qeyd edib ki, ötən il Uludağ regionunda da tekstil məhsullarının istehsalı və ixracı artıb. Yeri gəlmişkən, Uludağ regionu son illər daha çox pambıq parçadan hazırlanan keyfiyyətli tekstil məhsulları ilə tanınır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























