Dövlət komitələri: “Tikinti şirkətindən mənzili notarius vasitəsilə alın”
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşları tikinti şirkətləri ilə müqaviləni notarius vasitəsilə bağlamağa çağırır.
“Marja”nın məlumatına görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev bu barədə deyib:
“İlk növbədə vətəndaşlar çalışsınlar istismara qəbul edilmiş binalardan mənzil alsınlar. Düzdür, tikinti prosesində mənzillər ucuz olur və insanlar bu dövrdə tikinti şirkətlərindən mənzil alırlar. Bu da ola bilər. Bu zaman alqı-satqı prosesinin məhz notarius vasitəsilə həyata keçirilməsini vacib hesab edirik. Çünki bu zaman dövlət orqanları alıcıların hüquq və mənafelərini qoruya bilir. Müqavilə notarius vasitəsilə bağlandıqda gələcəkdə məhkəmə yolu ilə hüquqları tələb etmək olur. Bir çox hallarda mənzillərin alqı-satqısı hüquqi qüvvəsi olmayan müqavilələr ilə həyata keçirilir”.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bu barədə bildirib:
“Tikinti şirkətlərinin vətəndaşlar qarşısında öhdəlikləri var. İstər mənzil tikinti kooperativi (MTK), istər məhdud məsuliyyətli cəmiyyət (MMC) olsun. Mənzilləri alqı-satqı müqavilələri ilə satırlar. Öhdəliklərdən biri də binanın istismara qəbul edilməsilə bağlıdır. Yəni, bina tikildikdən sonra istismara qəbul etdirilməlidir. Mənzil tikinti kooperativlərindən başqa digər hüquqi və fiziki şəxslər mənzilləri yalnız özlərinin hüquqlarını dövlət reyestrində tanıtdırdıqdan sonra notarial qaydada vətəndaşlara sata bilərlər. Yalnız mənzil tikinti kooperativləri maliyyə arayışı və iclas pratokolundan çıxarışı vətəndaşa təqdim etməlidirlər. Vətəndaş da bu sənədlər ilə reyestrə müraciət etməlidir. Digər tikinti şirkətləri öz hüquqlarını tanıtdırdıqdan, çıxarış aldıqdan sonra notarial qaydada mənzilləri vətəndaşlara sata bilərlər”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)









