Tramp "ticarət atəşkəsini" uzatdı
ABŞ Prezidenti Donald Tramp Çin dövlət başçısı Xi Jinping ilə yekun razılaşma təmin etməyi istədiyini, tərəflərin texnologiya və internet protokolu kimi mövzularda irəliləyiş qeyd etdiklərini bildirib.
ABŞ Prezidenti Donald Tramp, Bazar günü Vaşinqtonda keçirilmiş ticarət danışıqlarının son mərhələsinin ardından Çin məhsullarına tətbiq olunması planlaşdırılan əlavə gömrük vergiləri üçün söz verdiyi tarix olan 1 Martı "qət edilən əhəmiyyətli məsafəni" səbəb göstərərək uzadacağını söyləyib.
"Marja" xəbər verir ki, Tramp Twitter hesabından etdiyi açıqlamada "ABŞ Çin ilə ticarət danışqları daxilində əqli və sənaye mülkiyyət haqqları, texnologiya transferi, kənd təsərrüfatı, xidmətlər, məzənnə kimi məsələlər üzərində az hesab edilməyəcək bir yol qət etmişdir. Bu məhsuldar müddətin nəticəsi olaraq vergilərin yüksəldilməsi üçün təyin etdiyim tarix olan 1 Martı təxirə salıaram" deyib.
Əgər tərəflər danışıqlar daxilində daha çox mövzu üzərində razılaşsalar ABŞ Prezidenti Donald Tramp və Çin Dövlət başçısı Xi Jinpingin razılaşmanı son forma çatdırmaq məqsədilə Floridada görüşmələri planlaşdırılır. Görüşün tarixi ya da gömrük vergilərinin hansı tarixə təxirə salındığına dair bir məlumat verilməyib.
Çinin xəbər agentliyi "Xinhua"nın xəbərinə görə müzakirələrin son halqasında 'müəyyən' mövzular üzərində əhəmiyyətli ölçüdə razılaşma təmin edilib.
Ötən il Dekabr ayının əvvəlində, ABŞ Prezidenti Donald Tramp və Çinin Dövlət başçısı Xi Jinping Argentinada keçirdikləri görüşdə "iki ölkənin bir-birinə 90 gün ərzində yeni gömrük vergisi tətbiq etməmək" məsələsində razılaşmışlar. Razılaşmaya görə, ABŞ ilə Çin, 90 gün ərzində bir razılığa gəlmək məqsədilə yeni ticarət danışıqları aparacaqlar və bu müddət ərzində iki ölkə də qarşılıqlı olaraq hər hansı bir yeni gömrük vergisi tətbiq edilməyəcəkdir. Açıqlamada, əgər 3 aylıq danışıq prosesinin sonunda bir müqaviləyə bağlanmasa, Çin məhsullarına ABŞ-ın tətbiq etdiyi 10%-lik tarif 25%-ə yüksəldiləcəkdir. 1 Martda 3 aylıq dövr başa çatır. Eyni zamanda Tramp müddəti uzatdığını açıqlayıb.
I am pleased to report that the U.S. has made substantial progress in our trade talks with China on important structural issues including intellectual property protection, technology transfer, agriculture, services, currency, and many other issues. As a result of these very......
— Donald J. Trump (@realDonaldTrump) 24 февраля 2019 г.
....productive talks, I will be delaying the U.S. increase in tariffs now scheduled for March 1. Assuming both sides make additional progress, we will be planning a Summit for President Xi and myself, at Mar-a-Lago, to conclude an agreement. A very good weekend for U.S. & China!
— Donald J. Trump (@realDonaldTrump) 24 февраля 2019 г.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























