Bank Respublika “Qazandıran Çərşənbələr” kampaniyasına start verir
(®) Bank Respublika milli bayramımız olan Novruz Bayramı münasibətilə müştəriləri üçün sürprizlə dolu kampaniya təqdim edir.
“Qazandıran çərşənbələr” adlanan kampaniya çərçivəsində banka müraciət edən müştərilər Novruz bayramına qədər hər çərşənbə, öncədən elan ediləcək müəyyən bank məhsul və xidmətlərini endirimlə və pulsuz əldə edə biləcək.
Beləliklə, ilk olaraq Su çərşənbəsi ilə bağlı, müştərilər yalnız bir gün fevral ayının 27-də bankdan ilkin mədaxilsiz və tamamilə PULSUZ olaraq “Mastercard Gold Lite ” premium kartını əldə edə biləcək. Kartı əldə etmək üçün sadəcə şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir.
Hazırda 400-ə yaxın partnyor mağaza və xidmət mərkəzlərində “Bank Respublika”ın istənilən kartları ilə edilən ödənişlər zamanı kart sahibləri BONUS qazanırlar. Bankın əməkdaşlıq etdiyi partnyor şəbəkəsində istənilən sektordan – supermarket, geyim, ev əşyaları, parfümeriya, texnika, turizm, səhiyyə, avto və digər tərəfdaşları tapmaq mümkündür.
“Bank Respublika”nın bütün kart sahibləri Mobil Şöbə əlavəsindən yararlanaraq, Bankın bonus layihəsi çərçivəsində əməkdaşlıq etdiyi partnyor mağaza və xidmət mərkəzlərinin siyahısını əldə edə bilər, eləcə də, istənilən zaman hesabı yoxlaya və hesabla bağlı əməliyyatlar həyata keçirə bilərlər.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 25 d. əvvəl
-
27 d. əvvəl
"Pul siyasətinin hədəfi 2026-cı ildə də inflyasiyanı 2-6% aralığında saxlamaqdan ibarət olacaqdır"
-
38 d. əvvəl
Mərkəzi Bankdan 2026-cı ildə Dollar/Manat məzənnəsi barədə açıqlama
- 45 d. əvvəl
-
52 d. əvvəl
Mərkəzi Bank 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə BƏYANAT yaydı
- 12 saat əvvəl
-
13 saat əvvəl
“MJ Financial Services BOKT”ın səhmləri ticarətə buraxılır - TARİX
-
13 saat əvvəl
“PAŞA Həyat” əmək qabiliyyətini itirmiş şəxsin ipoteka borcunu ödədi
-
13 saat əvvəl
"Xalq Bank"ın istiqrazlarına abunə yazılışı başladı - ŞƏRTLƏR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Mərkəzi Bankdan 2026-cı ildə Dollar/Manat məzənnəsi barədə açıqlama
Mərkəzi Bank 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə BƏYANAT yaydı
Xalq Bankdan illik 9% gəlir əldə etmək imkanı
Ən çox oxunanlar
“MJ Financial Services BOKT”ın səhmləri ticarətə buraxılır - TARİX
"Xalq Bank"ın istiqrazlarına abunə yazılışı başladı - ŞƏRTLƏR
"AccessBank" "AzVirt" şirkətinə kredit təqdim edəcək - MƏBLƏĞ
"Azərbaycan benzininin ölkəmizdə daha ucuz qiymətə satılacağı müsbət məqamdır" - Erməni nazir
"Sanksiyalar tətbiq edilmədi, əksinə, onlar milyardlarla dollar dəyərində silahlar verirdi”
Türkiyənin Suriyaya ixracı 3 milyard dolları keçib





















