"Kreditlərin verilməsinə Bankın Müşahidə Şurası nəzarət edirdi"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Gündüz Məmmədov ifadə verib.
O bildirib ki, 2008-2011-ci illər arasında Beynəlxalq Bankın Kartlar departamentinin rəhbəri, Kredit komitəsinin üzvü olub.
G.Məmmədov qeyd edib ki, hazırda Beynəlxalq Bankın Abşeron filialının müdir müavini vəzifəsində çalışır: "Kredit komitəsində layihələrə verilən kreditlərə qol çəkmişəm. Bankın Kredit komitəsi kreditlərin verilməsinə nəzarət edən qurum olub. Dəqiq xatırlamıram, həmin kreditlərin limitinin nə qədər olduğunu, təxminən, 100 min manatlıq kreditlər idi. Kredit komitəsinin o vaxtki rəhbər vəzifəsində Akif Əliyev işləyirdi. Layihələrə daha çox kreditlərin verilməsinə isə Bankın Müşahidə Şurası nəzarət edirdi. Tutaq ki, şirkət zavod tikirdi, biznes sənədlərini banka təqdim edirdi və girov qoyurdu. Kredit komitəsi də onları araşdırıb sonra qərar verirdi".
Məhkəmədə elan olunub ki, şahidin ifadələri arasında ziddiyyətlər var. Bildirilib ki, G.Məmmədov 1,5 milyon manatlıq layihələr üçün verilən kreditlərə imza atıb.
G.Məmmədov məhkəmədə söyləyib ki, Kredit komitəsində qərarlar iclas zamanı deyil, iclasdan sonra elan olunub.
Daha sonra şahid qismində Beynəlxalq Bankın digər vəzifəli şəxsi - Aydın Səlimov dindirilib.
O deyib ki, Bankın Aktivlər və passivlər departamentinin üzvü olub, veksellərin əməliyatları zamanı sənədlərə imza atmayıb: "Çox vaxt iclaslarda iştirak etmirdim. Heç vaxt veksellərin əməliyyatları zamanı məruzə edilməyib, sənədlərdə də imzam yoxdur".
Məhkəmədə şahid qismində ifadə verən Həsən Həsənzadə söyləyib ki, Beynəlxalq Bankın Aktivlər və passivlər departamentinin katibi vəzifəsində çalışıb. Ötən il işdən ayrıldığını bildirən şahid qeyd edib ki, Aktivlər və passivlər departamenti formal qurum olaraq işləyib: "Elə hallar olurdu ki, iclaslarda iştirak etmirdim. Elə hallar da olurdu ki, iclaslar keçirilmirdi, lakin veksellərlə bağlı protokollar tərtib edilirdi, Bankın sədri Cahangir Hacıyev də imza qoyurdu. Cahangir Hacıyev göstəriş verirdi ki, Xəzinədar Departamentindən təqdim edilən sənədləri siyahıya daxil edim. Mən də onun dediklərini edirdim".
Prosesdə şahid qismində Şakir Musayev də dindirilib. O, "İntertekstil" şirkətinin sabiq rəhbəri olduğunu, istintaqa verdiyi ifadəni təsdiq etdiyini söyləyib.
Ş.Musayev deyib ki, D.Xəlilovun göstərişi ilə onun şirkətinin işçilərinin adına Beynəlxalaq Bankdan 5 milyon manatdan artıq kredit götürülüb: "Dünyamin müəllim zəng etdi, mən də mühəndis İlham Ağaverdiyevə dedim ki, işçiləri Banka göndərsin sənədlərə imza atsınlar. Sonra məlum oldu ki, həmin işçilərin adına kredit götürülüb, həmin kreditlər də artıq ödənilib".
Şahid söyləyib ki, layihənin rəhbəri D.Xəlilov olub, bütün göstərişləri də sabiq deputatdan alıb.
Prosesdə fasilə elan olunub.
Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 25 d. əvvəl
-
33 d. əvvəl
"Trendyol’’un məhdud sayda hazırladığı yeni Olimpiya geyim kolleksiyası satışda
-
-
39 d. əvvəl
Unicapital investorlar üçün iki yeni istiqraz buraxılışını elan edir
-
42 d. əvvəl
Azərbaycan və ABŞ birgə potensial layihələri nəzərdən keçirib
- 48 d. əvvəl
-
1 saat əvvəl
“Kürsəngi” və “Qarabağlı” neft yataqları ilə bağlı iclas keçirilib
-
1 saat əvvəl
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
-
2 saat əvvəl
Maliyyə nəhəngi qızıl üçün tarix açıqladı: 6 min dolları nə vaxt keçilə bilər?
- 2 saat əvvəl
-
3 saat əvvəl
Gömrük xərcləri artsa da Li Auto qiymətləri sabit saxlayır - QİYMƏTLƏR
-
3 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Unicapital investorlar üçün iki yeni istiqraz buraxılışını elan edir
“Kürsəngi” və “Qarabağlı” neft yataqları ilə bağlı iclas keçirilib
Fevralın 10-da gözlənilən hava şəraiti - BAKIYA QAR YAĞACAQ
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
“Bank Respublika”nın“Qızıl Seçim” lotereyası davam edir
Yeni Li Auto L9 Livis krossoveri təqdim edilib - QİYMƏT
Prezident ABŞ şirkətlərinin rəhbər şəxslərini qəbul edib
“Unibank”da yığıncaq keçiriləcək
Naxçıvana yeni Baş naziri təyin olundu





















