"ABŞ-ın neft və qaz ixracı bu il Səudiyyə Ərəbistanını keçəcək"
"Times" qəzetində yer alan bir xəbərə görə, ABŞ bu il ərzində dünyanın ən böyük neft və neft məhsulları ixracatçısı olacaq. ABŞ bu adı 70 ildir əlində saxlayan Səudiyyə Ərəbistanından alacaq.
"Marja" xəbər verir ki, "Rystad Enerji" adlı araşdırma şirkətinin proqnozlarına görə, "çox qısa bir müddət əvvələ qədər ağıllara belə gəlməyəcək" bu dəyişiklik bu il ərzində reallaşacaq.
Səudiyyə Ərəbistanının 1950-ci illərdə neft ixrac etməyə başlamasından bu yana qlobal neft bazarında aparıcı olduğu, ancaq texnologiyanın inkişafı ilə Texasda başlayan şist nefti istehsalının "ABŞ-ın hakimiyyəti dövrünü başlatdığı" vurğulanır.
Texasdan xam neft ixracının artması ilə artan qlobal neft təklifinin, Rusiya və Səudiyyə Ərəbistanı iqtisadiyyatlarını zəiflətdiyi və bu ölkələrin qiymətlərin düşməsini əngəlləmək üçün hasilatlarını azaltmaq məcburiyyətində qaldıqları bildirilir.
"Rystan Enerji"nin tərəfdaşlarından Per Maqnus Nysveen, "Amerikanın neft və qaz ixracının artması ilə, ABŞ-ın ticarət kəsiri "buxarlanacaq" və xarici borcları tez ödənəcək" deyir.
"Rystad"ın hesabatında, ixracda ABŞ-ın Səudiyyə Ərəbistanını ilin üçüncü rübündə keçəcəyi ehtimal edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)








