"Qazprombank" və SOCAR 700 milyon dollarlıq yeni layihə hazırlayır
Rusiya "Qazprombank"ı və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 700 milyon dollar dəyərində birgə layihənin həyata keçirilməsini planlaşdırır.
Bu barədə "Qazprombank"ın İdarə Heyətinin sədr müavini Famil Sadıqov "Azərbaycan Respublikası investisiya layihələrinin həyata keçirilməsi yolunda: "Qazprombank"ın imkanları" mövzusunda keçirilən biznes-seminar zamanı bildirib.
"Uğurla inkişaf edən Azərbaycan-Rusiya münasibətləri sayəsində "Qazprombank" ilə Azərbaycandan olan tərəfdaşları arasında uzunmüddətli əməkdaşlıq mövcuddur", - F.Sadıqov deyib.
Onun sözlərinə görə, "Qazprombank"ın Azərbaycandakı əsas tərəfdaşı SOCAR-dır. Sədr müavini əməkdaşlıq nümunəsi kimi, Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən "SOCAR Polymer" zavodunun maliyyələşdirilməsini göstərib.
Qeyd edək ki, "SOCAR Polymer" zavodun tikinti layihəsini həyata keçirmək üçün "Qazprombank"dan 10 il müddətinə 489 milyon dollar həcmində kredit götürüb. "SOCAR Polymer" zavodunun tikintisinin maliyyələşdirilməsi barədə "SOCAR Polymer" və "Qazprombank" arasında müqavilə 2015-ci il iyunun 19-da imzalanıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© "Report"
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 23 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB



















