Məşhur cins markası birjaya qayıdır
166 il əvvəl qurulan dünyanın ən qədim cins (jeans) markalarından biri olan "Levi's" yenidən birjada səhmlərini investorlara satacaq. Şirkətin səhmlərin kütləvi satışı ilə təxminən 550 milyon dollar toplaması gözlənilir. "Levi's" əldə edəcəyi vəsaiti strateji investisiyalar və müəssisə kapitalı üçün istifadə etməyi planlaşdırır.
Məşhur cins markası "Levi's" 36.7 milyon səhmini birjada satmağı planlaşdırır. "Levi's"in 1 səhminin qiymətinin 14 - 16 dollar təşkil edəcəyi bildirilir.
"Marja" xəbər verir ki, "Goldman Sachs" və "JP Morgan"ın rəhbərliyi altında 12 bankın vasitəçilik edəcəyi əməliyyat sayəsində "Levi's" şirkətinin 550 - 600 milyon dollar gəlir əldə edəcəyi proqnozlaşdırılır.
Şirkətin səhmləri Nyu-York birjasında LEVI adı ilə ticarət olunacaq.
"Levi's" bundan 166 il əvvəl qurulmuşdur. Kaliforniyada yerləşən "Levi's" daha əvvəl də 1971 - 1985-ci illər arasında bir müddət birjaya listinq olmuş, ancaq 34 il əvvəl səhmlərini geri toplayaraq özəl şirkət statusuna keçmiş və birjadan çıxmışdı.
2009 böhranı ilə borcu artan "Levi's", 2011-ci ildə vəzifəyə gələn İcraçı direktor Chip Bergh sayəsində yenidən inkişaf etmişdir. "Levi's", silahlı qarşıdurmaların qarşısını almaq, iqlim dəyişikliyi, seçkidə iştirak faizini yüksəltmək kimi sahələrdə əhəmiyyətli sosial məsuliyyət layihələri ilə marka imicini möhkəmləndirib.
Dünya miqyasında 16 min civarında işçisi olan "Levi's", keçən il 5.57 milyard dollar gəlir əldə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)



