"Alibaba" kuryer şirkətinə 693 milyon dollar sərmayə yatıracaq
Çinin elektron ticarət nəhəngi “Alibaba” şirkəti ölkənin qabaqcıl kuryer firmalarından olan “STO Express”ə 4,66 milyard yuan (təxminən 693 milyon ABŞ dolları) sərmayə yatıracaq.
Bunun müqabilində "STO Express"in aksiyalarının 14,6 faizinə nəzarət “Alibaba”ya keçəcək. Artıq tərəflər arasında bununla əlaqədar müqavilə imzalanıb.
“Alibaba” 2017-ci ildə növbəti 5 il üçün qlobal logistika şəbəkəsinin qurulmasına təxminən 15 milyard dollar vəsait sərf edəcəyini bildirmişdi. Ötən ilin mayında isə sifarişlərin 72 saat ərzində dünyanın istənilən nöqtəsinə çatıdırılmasını təmin etmək üçün özünün qlobal logistika şəbəkəsini genişləndirilmək, xidmətin səviyyəsini və keyfiyyətini yüksəltmək planlarını açıqlamışdı.
Qeyd edək ki, dünyanın ən bahalı markaları siyahısının ilk onluğunda yer alan “Alibaba” planetin ən böyük elektron ticarət şirkətidir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























