1 kvadrat metri 900 manatdır, qaraj isə hədiyyə olunur
(®) Fəaliyyət göstərdiyi müddətdə Bakıxanov qəsəbəsində bir sıra uğurlu layihələrə imza atmış Bakıxanov Rezidens Komplekslər Qrupu "Brillians Rezidens 2" adlanan yeni bir yaşayış kompleksinin inşasına start verib.
Müxtəlif mərtəbə sayına malik on bina birlikdə müasir görünüşlü memarlıq ansamblı yaradır. Ümumiyyətlə, "Brillians Rezidens 2" layihəsi şirkətin indiyədək təhvil verdiyi layihələrdən fərqlənir. İlk növbədə kompleksin ölçülərinə görə. On binada ümumi sahəsi 40.000 kvadrat metrdən artıq olan 1, 2, 3 və 4 otaqlı 534 mənzilin inşası nəzərdə tutulub. Dördbucaq formasında düzüləcək binaların ortasında 5000 m2 sahəyə malik həyətdə sakinlər üçün uşaq əyləncə guşəsi, skamyalar və çardaqlar olan fərdi parkın salınması planlaşdırılıb. Bunlarla yanaşı burada ad günü, nişan və digər tədbirlərinin keçirilməsi üçün 70-100 nəfərlik zal gələcək sakinlərin ixtiyarına veriləcək. Kompleksin ərazisində futbol meydançası və 200 kvadrat metrlik idman-sağlamlıq mərkəzi layihələndirilib. Birinci mərtəbələrdə ticarət və iaşə obyektlərinin yerləşəcəyi nəzərdə tutulub.
Şirkətin digər layihələrində olduğu kimi, yeni layihədə də videomüşahidə vasitəsilə 24 saatlıq mühafizə təşkil olunacaq. Fərdi su anbarı sayəsində sakinlər daimi su təchizatından yararlana biləcəklər. Liftlərin daim işləməsi, onlara mütəmadi olaraq texniki xidmət göstərilməsi, ərazinin, blokların və pilləkən qəfəsələrinin təmizliyi və işıqlandırılması da kompleks təhvil verildikdən sonra şirkət tərəfindən təmin olunacaq.
"Brillians Rezidens 2" layihəsinin digər özəlliyi – münasib qiymətləridir. Nağd aldıqda mənzilin 1 kvadrat metri 900 manata, 36 aylıq daxili kreditlə isə ilkin ödənişdən asılı olaraq (35-70%) qiymət 950-1040 manat arası dəyişir. Ən azı əlli faiz ilkin ödəniş edənlərə yeraltı parkinqdə qaraj hədiyyə olunur.
Şirkət barədə məlumat:
Bakıxanov Rezidens Komplekslər Qrupu – özünü daşınmaz əmlak bazarında müsbət tərəfdən tanıtmış, müvəffəqiyyətlə inkişaf edən tikinti şirkətidir. Əsas prinsipi – yüksək ixtisaslı mütəxəssisləri cəlb etməklə, ən son texnologiyalar və materiallar vasitəsilə müasir və keyfiyyətli evlər tikməkdir. Şirkət, davamlı inkişafını bütün fəaliyyət sahələrinin inkişafı, qurulmuş dəqiq strategiyaya riayət etməklə tikinti işlərinin həcminin artması və əlaqələrin genişləndirilməsi sayəsində yeni mövqelərə yüksəlməkdə görür.
Bakıxanov Rezidens Komplekslər Qrupu
Ünvan: Bakıxanov qəsəbəsi, S. Mehmandarov küç., 19/2
Tel.: *9211, (050/055/070) 292 11 11
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
4 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
6 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"






















