"Şamaxı Dəmir Beton"un səhm paketi özəlləşdirildi
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 19 mart tarixində dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
Komitədən “Marja”ya daxil olmuş məlumata görə, özəlləşdirmə hərracında 11 dövlət əmlakı üzrə 14 sifarişçi iştirak edib. Bu dövlət əmlaklarından biri Şamaxı rayonu, Şəhriyar qəsəbəsindəki "Şamaxı Dəmir Beton" səhmdar cəmiyyətidir. Dövlət əmlakının nizamnamə kapitalındakı səhmlərinin 30%-i həcmində səhm paketi iştirakçı tərəfindən özəlləşdirilib. Dəmir-beton məmulatlarının istehsalı üzrə fəaliyyət göstərən dövlət müəssisəsinin ərazisinə sement anbarı, armatur, beton və digər materialları hazırlayan sexlər aiddir.
Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələrinə Şamaxıdakı Qaleybuğurd Yardımçı Kənd Təsərrüfatı, Şirvan şəhərindəki Mexanizasiya Sahəsi və digər dövlət obyektləri aiddir. Qeyd edək ki, bu dövlət əmlakları torpaq sahələri ilə birgə özəlləşdirildi. Mingəçevir şəhəri, Gəncə şosesindəki kiçik dövlət müəssisəsinin ümumi faydalı sahəsi 203.4 kv.m-dir. Adıçəkilən dövlət əmlakı müxtəlif xidmət sahələri üzrə investora gəlir qazandıra bilər.
Qeyri-yaşayış sahələri isə paytaxtda və Daşkəsən şəhərində yerləşir. Xətai rayonu, Neapol küçəsindəki bu növ dövlət obyektinin ümumi faydalı sahəsi 133.8 kv.m-dir. Daşkəsən şəhəri, Mədənçilər qəsəbəsindəki qeyri-yaşayış sahəsinin isə ümumi faydalı sahəsi 43.7 kv.m-dir. Özəlləşən nəqliyyat vasitələrindən birinin buraxılış tarixi 2007-ci ildir. QAZ-3102 markalı bu avtomobilə ümumilikdə 4 sifariş verilmişdir.
Qeyd edək ki, komitə tərəfindən növbəti hərrac 27 mart tarixində keçiriləcək. Hərraca ümumilikdə 96 dövlət əmlakı çıxarılıb. Bu dövlət əmlaklarından 57-si kiçik dövlət müəssisə və obyekti, 23-ü səhmdar cəmiyyəti, 14-ü qeyri-yaşayış sahəsi, 2-si isə yarımçıq tikilidir. Özəlləşməyə çıxarılan dövlət əmlakları ilə tanış olmaq və sifariş vermək istəyən şəxslər komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti
















.jpg)








