Azərbaycanın “QR Code” standartları hazırlanıb
Azərbaycan Mərkəzi Bankı (AMB) ödəniş sistemi infrastrukturunda tətbiq olunmaq üçün “QR Code” standartları hazırlayıb.
Bu standartlar iki kateqoriya üzrə hazırlanıb.
Onlardan birincisi “Azərbaycan üzrə fiziki şəxslər üçün nəzərdə tutulmuş QR Code standartı”, ikincisi isə “Azərbaycan üzrə təsərrüfat subyektləri üçün nəzərdə tutulmuş QR Code standartı”dır:
“2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın əsas hədəflərindən biri də kiçik təsərrüfat subyektlərinə nağdsız ödənişlərin qəbul edilməsi imkanı verən QR Code kimi ucuz ödəniş üsullarının təqdim edilməsindən ibarətdir. Milli Ödəniş Sistemi infrastrukturuna inteqrasiya olunmuş bankların və digər xidmət təchizatçılarının bu istiqamətdə fəaliyyətinin tənzimlənməsi üçün qeyd olunan standartların yaradılması zəruridir", - AMB-nin açıqlamasında deyilir.
Açıqlamaya görə, “QR Code” standartlarından banklar, milli poçt operatoru, ödəniş xidməti təchizatçıları, kart prosessinq mərkəzləri, nəzarət-kassa aparatlarının operatorları, kütləvi xidmət müəssisələri istifadə edə bilərlər.
Təqdim olunan QR Code standartları hazırlanarkən beynəlxalq təcrübədə geniş tətbiq olunan “EMV® QR Code” Standartından istifadə olunub. Qeyd olunan mənbənin tövsiyələri nəzərə alınmaqla fiziki şəxslər və təsərrüfat subyektləri üzrə standartlar ayrı sənəd şəklində hazırlanıb.
Fiziki şəxslər üçün nəzərdə tutulan standart əsasında yaradılan “QR Code” müştərinin mobil cihazında yaradılmaqla cihazın ekranında nümayiş etdirilməli və qarşı tərəfin (fiziki şəxs və ya təsərrüfat subyekti) həmin kodu QR Code oxuducusu ilə oxutması əsasında ödəniş tranzaksiyası inisasiya edilməlidir.
Təsərrüfat subyektləri üçün nəzərdə tutulan standart əsasında yaradılan “QR Code” təsərrüfat subyektinin qurğusunun (kassa aparatı, mobil tətbiq, terminal və s.) ekranında və ya statik formada xüsusi lövhədə nümayiş etdirilməli və müştərinin mobil cihazı vasitəsi ilə həmin kodun oxudulması əsasında ödəniş tranzaksiyası inisasiya edilməlidir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
© Report
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB



















