Hər 100 manatın 20,5 manatı qədər ödəniş edilib - SIĞORTA ÖDƏNİŞLƏRİ AZALIR

Azərbaycanda könüllü sığorta 3% azalıb, icbari sığorta isə 24% artıb.
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 103 milyon 951 min manat sığorta haqqı toplanılıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına görə, bu, ötən ilin eyni dövrü müqayisədə 2,65% azdır.
Son 1 ildə icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 23,5% artaraq 28 milyon 868 min manat olub.
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 21 milyon 338 min manat təşkil edib ki, bu da illik müqayisədə 28% azdır. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 8,55% artaraq 11 milyon 778 min manata çatıb.
Beləliklə, 2019-ci ilin yanvar-fevral aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 20,5 manatı qədər ödəniş edilib. Bu rəqəm 2018-ci ilin yanvar-fevral aylarında 27,8 manat olub. Son 1 ildə icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 46,4 manatdan 40,8 manata düşüb.
Azərbaycanda həyat sığortası 24% azalıb, qeyri-həyat sığortası isə 14% artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 103 milyon 951 min manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü müqayisədə 2,65% azdır.
Son 1 ildə qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 101 milyon 762 min manat təşkil edib. Bu isə illik müqayisədə 14% çoxdur.
BAZAR CÜZİ ARTIB
Xəbər verdiyimiz kimi, bu ilin yanvar-fevral aylarında ayında Azərbaycandakı 21 sığorta şirkətinin xətti ilə 132 milyon 819 min manat məbləğində sığorta haqqı toplanılıb.Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,05% çoxdur. İki ay ərzində sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 33 milyon 116 min manat təşkil edib. Bu isə illik müqayisədə 18,2% azdır.
2019-cu ilin yanvar-fevral aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 24,9 manatı ödəniş edilib. 2018-ci ilin müvafiq dövründə bu göstərici 31,1 manat olub.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
© “Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
11 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
13 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
13 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
14 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 14 saat əvvəl
-
14 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
15 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 15 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
