"Expressbank" güzəştli aqrar kredit imkanlarını artırdı
(®) Aqrar sahəyə dəstəyi artırmaq məqsədilə Expressbank, Aqrar Kredit və İnkişaf Agentliyi ilə Dünya Bankının birgə həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” layihəsinə qoşulub.
Əməkdaşlıq çərçivəsində Expressbank Layihənin Aqrobiznesə Maliyyə Xidmətləri üçün ayrılan kredit xəttindən vəsaitləri öz müştərilərinə təklif edə biləcək.
Birgə layihədə təqdim edilən kredit kənd təsərrüfatının inkişafı üçün nəzərdə tutulub. Kreditin illik faiz dərəcəsi 8% - dən başlayır və məbləği 30 000 AZN–dən 800 000 AZN – dəkdir.
Qeyd edək ki, Expressbank son dövr ərzində biznes fəaliyyəti ilə məşğul olan müştərilərə göstərilən xidmət imkanlarının genişləndirilməsi ilə bağlı bir sıra tədbirlər görür. Bankın əsas strateji məqsədlərindən biri iş adamlarına, şirkətlərə dəstəyin göstərilməsi və onların yaxın tərəfdaşına çevrilməkdir.
Expressbank- ın xidmət şəbəkəsi 15 filialdan ibarətdir. Onlardan 9-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 70-dən artıq bankomat, 5000-dən artıq POS-terminal və 700-ə yaxın Expresspay ödəniş terminalı var.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB

















