Azərbaycan bu mədəndən 40 min unsiya qızıl gözləyir
"AzerGold" QSC tərəfindən mədən və yataqlarla bağlı görüləcək işlərin plan və qarşıya qoyduğu hədəfləri əks etdirən 5 illik ortamüddətli strategiya planı hazırlanıb.
Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatda bildirilir ki, bu strategiyanın tərkib hissəsi kimi 2017-ci il üçün Çovdar qızıl mədənində qiymətli metal filizinin yerüstü oksid hissəsinin istifadəsi nəticəsində 40 min unsiya (1286 kq) qızıl və 60 min unsiya (1929 kq) gümüşün hasil edilməsi proqnozlaşdırılır.
“Sonrakı illərdə QSC digər filiz mədənlərinin (Balakən rayonunun Kohnəmədən sahəsində yerləşən Filizçay və Mazımçay yataqları və Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən Göydağ filiz sahəsi) istismarı ilə əlaqədar işlərin həyata keçirilməsini planlaşdırır.
Qeyd edək ki, prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamına əsasən yaradılan "AzerGold" QSC ölkə ərazisində 6 qiymətli və əlvan metal filiz (Gədəbəydə Qaradağ, Naxçıvanda Göydağ, Qazaxda Dağkəsəmən filiz sahələri, Balakəndə Köhnəmədən sahəsi, Göygöldə Kürəkçay hövzəsi, Daşkəsəndə Çovdar) mədənlərindən istifadə hüququ əldə edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 13 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























