Komitə “Azenne Group”un tikinti işlərini dayandırdı
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 17 ünvanında aparılan qeyri-qanuni tikinti işlərini dayandırdı
2018-ci ilin noyabr ayında Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 17 ünvanında yerləşən yaşayış kompleksinin sakinləri tərəfindən yaşadıqları binalar qarşısında boş sahədə hündürmərtəbəli evlərin tikintisinə başlamaq cəhdləri barədə kollektiv şikayət Komitəyə daxil olmuşdur.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssisləri tərəfindən məsələ ilə bağlı aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 2018-ci ilin mart ayında həmin ərazidə çoxmərtəbəli yaşayış binasının “Azenne Group” MMC tərəfindən tikintisinə icazə icraatına başlansa da, icraat başa çatdırılmamış və həmin binanın tikintisinə icazə verilməmişdir. Bununla əlaqədar, Komitə tərəfindən aidiyyəti dövlət qurumlarına qanunvericiliklə müəyyən olunmuş qaydada tikintiyə icazə alınana qədər bu ərazidə tikinti işlərinin dayandırılması ilə bağlı müraciət ünvanlanmışdır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaydığı məlumatda bildirilir ki, “Azenne Group” MMC tərəfindən təqdim olunmuş layihəyə əsasən 4 girişli 22-25 mərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutulurdu ki, bu da şəhərsalma qanunvericiliyi ilə tikinti sıxlığı üzrə həmin ərazi üçün müəyyən olunmuş normaları bir neçə dəfə üstələyir. Ötən müddət ərzində Komitənin mütəxəssisləri tərəfindən sözügedən MMC-nin nümayəndələri ilə layihənin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması ilə bağlı danışıqlar aparılmış, zəruri tövsiyyələr verilmişdir. Bununla belə, qeyd olunan ünvanda Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin tələblərinə cavab verən tikinti layihəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə bugünədək təqdim olunmamışdır.
Buna baxmayaraq, cari ilin aprel ayında Süleyman Vəzirov küçəsi, 17 ünvanında yaşayan sakinlərin sözügedən ərazidə tikinti işlərinin yenidən bərpa olunması ilə bağlı təkrar kollektiv müraciəti Komitəyə daxil olmuşdur.
Müraciət yerində araşdırıldıqdan və bu fakt təsdiqini tapdıqdan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tikinti işlərinin dayandırılması məqsədilə dərhal zəruri tədbirlər görülmüşdür.
Eyni zamanda, gələcəkdə həmin ərazidə hər hansı qeyri-qanuni tikinti işlərinin aparılması cəhdlərinin qarşısını almaq məqsədilə bu barədə yerli icra hakimiyyəti orqanlarına və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, habelə hüquq-mühafizə orqanlarına məlumat verilmişdir.
Bununla yanaşı, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəhbərliyi tərəfindən həmin sakinlərlə görüş keçirilmiş və qeyri-qanuni tikinti işlərinin qarşısının alınması üçün təşəbbüskarlığa və vətəndaş borcunun yerinə yetirilməsinə görə onlara təşəkkür bildirilmişdir. Sakinlərin diqqətinə çatdırılmışdır ki, bu ərazidə tikinti layihəsinin yerinə yetirilməsi ilə bağlı gələcəkdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni müraciət daxil olacağı təqdirdə həmin layihə şəhərsalma qanunvericiliyi ilə müəyyən olunan norma və tələblər çərçivəsində dəyərləndiriləcək, qonşuluqda yaşayan insanların hüquq və mənafeləri nəzərə alınacaq.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə bir daha müraciət edərək, Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin bütün tələblərinə riayət etməyə çağırır. Müvafiq icra hakimiyyəti orqanlarından tikintiyə icazə sənədi alınmadan hər hansı tikinti işlərinin aparılması qadağandır və bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı ciddi tədbirlərin görülməsi təmin ediləcəkdir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
- 7 d. əvvəl
- 21 d. əvvəl
-
33 d. əvvəl
Azərbaycanda xarici valyutaya tələb azalıb - Təklif tələbi üstələyir
-
48 d. əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
- 49 d. əvvəl
-
57 d. əvvəl
Anthropic maliyyə xidmətləri üçün süni intellekt agentini təqdim etdi
-
1 saat əvvəl
Azərbaycan ərazisindən keçməklə Ermənistana taxıl və gübrə daşınması davam edir
-
1 saat əvvəl
“Güzəştli mənzil” sistemi vasitəsilə hakimlərin müraciətlərinin qəbuluna başlandı
-
1 saat əvvəl
Ağdamda daha bir sənaye məhsullarının istehsalı obyekti qurulacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Bakıda ilk dəfə “Africa Week” – Afrika Həftəsi keçirilir
Azərbaycanda xarici valyutaya tələb azalıb - Təklif tələbi üstələyir
Mərkəzi Bank faiz qərarını açıqladı - SON DƏQİQƏ
Ən çox oxunanlar
Azərbaycan şirkəti Özbəkistanda süd məhsulları üzrə istehsal sahəsinə investisiya planını müzakirə edib
Rəsmi məzənnələr açıqlandı
İri şirkətin 11 şöbəsində təcrübə qazanmaq fürsəti - Gənclər üçün Yay Təcrübə Proqramı
Bu gün Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Müxtəlif peşə sahibləri üçün nağd kredit üzrə 7%-dək endirim kampaniyasının müddəti uzadılıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 7 GÜN






.jpg)
.jpg)






.jpg)







