ABŞ-ın xam neft ehtiyatları artıb - NEFT QİYMƏTLƏRİ DÜŞÜR
ABŞ-ın neftbazalarda kommersiya (satış) məqsədli xam neft ehtiyatları ötən həftə bir əvvəlki həftəyə nisbətən 9,9 milyon barel artıb.
"Marja" xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya xam neft ehtiyatlarının ötən həftə 9,9 milyon barrel (2,2 faiz) artaraq 470,6 milyon barrelə yüksəldiyini açıqlayıb. Xam neft ehtiyatları ötən həftə 5,5 milyon barel artım qeyd etmişdi.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə ötən həftə 500 min barel azalaraq 648,6 milyon barel olub.
ABŞ-ın benzin ehtiyatları ötən həftə 900 min barel (0,4 faiz) artımla 226,7 milyon barelə yüksəlib. Benzin ehtiyatları əvvəlki həftə 2,1 milyon barel azalmışdı.
ABŞ-ın xam neft idxalı keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 265 min barel artımla 7,41 milyon barelə qalxıb, ixracı isə gündəlik orta hesabla 70 min barrel azalaraq 2,61 milyon barelə düşüb.
NEFT HASİLATI ARTIB
Ölkənin xam neft hasilatı keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 100 min barel artım göstərib. İstehsal ölkənin Alyaska ştatında dəyişməyib, digər ştatlarda isə cəmi 100 min barel artıb.
Beləliklə, 20-26 Aprel həftəsində ABŞ-ın xam neft istehsalı təxminən gündəlik orta hesabla 12,3 milyon barrel səviyyəsində olub.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Məlumat açıqlandıqdan sonra neft qiymətləri düşməyə başlayıb. Bakı vaxtı ilə saat 10:35-ə olan məlumata görə, Brent nefti 0,5% ucuzlaşma ilə 71,80 dollardan alıcı tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 d. əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
-
- 14 d. əvvəl
-
14 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 30 d. əvvəl
- 30 d. əvvəl
- 33 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
Ən çox oxunanlar
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
























