Bu gün Dollar ilə bağlı nələr baş verdi? - GÜNƏ BAXIŞ
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
- Səhər saat 09:20-də Mərkəzi Bank Martın 9-na USD/AZN rəsmi məzənnəsini 1.7563 manat səviyyəsində açıqladı.
- Saat 10:00-dan başlayaraq banklarda Dolların alış və satış qiymətlərinin düşdüyü müşahidə olundu, Dollar əsasən 1.77-1.80 manat səviyyələrindən satıldı.
- Saat 12:00-da Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirildi. Hərracda manatın orta çəkili məzənnəsi 1,7431 manat səviyyəsində formalaşdı. Başqa sözlə, hərracda Manat Dollar qarşısında 0,75% möhkəmləndi.
- Hərracdan sonra banklarda Dolların məzənnələrinin sürətlə düşdüyü müşahidə olundu. Bir sıra banklarda Dolların alışı 1.69, satışı isə 1.75 manatadək düşdü.
- Axşam saat 17:05-də Mərkəzi Bank 10.03.2017-cı il tarixinə USD/AZN rəsmi məzənnəsinin 1,7437 səviyyəsində müəyyən olunduğunu açıqladı. Bu səviyyə hərracdakı səviyyədən cüzi yuxarı idi.
Qeyd edək ki, çoxları manatın bahalaşacağına inanmırlar. Onlara görə, Manatın güclənməsi üçün iqtisadi səbəb yoxdur, Dolların ucuzlaşması, bir “oyundur”. Hələ də çox insan, Mart ayından başlayaraq Dolların bahalaşacağını hesab edir. Bəzi iddialara görə, ABŞ Mərkəzi Bankı Fed Martın 15-də faizi artırarsa Dollar daha da bahalaşacaqdır.
Qeyd edək, Mərkəzi Bank depozit hərracları və notların yerləşdirilməsi ilə izafi manat kütləsini dövriyyədən çıxardır. Manatın qıtlaşması Dollar alışını da məhdudlaşdırır (tələbi azaldır) və bu da məzənnənin kəskin qalxmasının qarşısını alır. Qısası, banklarda dolların ucuzlaşması manat çatışmalığı ilə bağlıdır.
Əlavə edək ki, Fevralın 1-də Dollar/Manat rəsmi məzənnəsi 1.92 manat səviyyəsinə çıxmışdı. Həmin gün bəzi banklar Dolları 1.94-1.95 manata alıb, 1.99 manatdan baha satırdılar.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti














.jpg)








