"Artan gömrük tariflərini istehlakçılar ödəyəcək"
Ağ Evin Milli İqtisadiyyat Şurasının sədri Larry Kudlow, ABŞ Prezidenti Donald Tramp-ın Çindən 200 milyard dollar məbləğində idxal üçün gömrük tarifini 10 faizdən 25 faizə qaldırması barədə qərarının bədəlini Amerikalı istehlakçıların ödəyəcəyini deyib.
"Marja" xəbər verir ki, "Fox News"in bir proqramında iştirak edən Larry Kudlow deyib:
"Tarifləri Çin ödəməyəcək. Amerikalı idxalçılar və Amerika şirkətləri ödəyəcək və bu vergilər tez-tez amerikalı istehlakçılara əks etdiriləcək. Məhz, bu tariflərin əvəzini hər iki tərəf də ödəyəcək. Hər iki tərəfdə bu tariflərin əziyyətini çəkəcək".
TRAMP TƏNQİDƏ CAVAB VERİB
ABŞ Prezidenti Donald Tramp, Çindən 200 milyard dollar məbləğində idxal üçün gömrük tarifinin 25%-ə yüksəldilməsinin amerikalı istehlakçılara əziyyət verəcəyi barədə tənqidlərə cavab verib.
Çinə tətbiq edilən tariflərin əvəzini amerikalı istehlakçıların ödəmələri üçün bir səbəb olmadığını iddia edən Tramp, "Tariflərin yalnız 4%-ni ABŞ, 21%-ini Çin ödəyir. Çünki Çin məhsullara çox böyük miqdarda subsidiya, dəstək verir",- bildirib.
"Marja" xəbər verir ki, "Twitter" üzərindən açıqlamalar verən Tramp, "Tariflərdən tamamilə qaçmaq mümkündür. Əgər tarif olmayan bir ölkədən və ya məhsulu ABŞ daxilindən alsanız tariflərdən xilas ola bilərsiniz" yazıb.
Tariflərlə üzləşən bir çox şirkətin Çini Vyetnam və digər Asiya ölkələrinə getmək üçün tərk etdiklərini qeyd edən Tramp, "Bu səbəbdən Çin bir müqavilə bağlamağı çox istəyir. Tariflər səbəbindən Çin ilə iş görən heç kəs qalmayacaq. Bu Çin üçün çox pis, ABŞ üçün çox yaxşıdır. Çin, ABŞ ilə ticarətin üstünlüklərini illərdən bu yana istifadə etdi. Bu səbəbdən, Çin cavab tədbirləri görməməlidir, çünki bu sadəcə işləri daha da ağırlaşdırır".
"ABŞ ilə bir müqavilə bağlanmaması halında bunun Çinə çox pis təsir edəcəyini Prezidenti Xi və bir çox Çinli dostuma açıq şəkildə demişəm" ifadələrini işlədən Tramp, "Çünki tariflər şirkətləri Çini başqa ölkələrə getmək üçün tərk etməyə məcbur edir. Çindən alış etmək çox bahalı olacaq" deyib.
Qeyd edək ki, 10 Maydan etibarən ABŞ 200 milyard dollarlıq Çin məhsulları üçün gömrük tarifini 10%-dən 25%-ə qaldırıb. Beləliklə, ABŞ və Çin arasında ticarət müharibəsi şiddətlənir. Dünya iqtisadiyyatı durğunuluğa girə bilər.
BU GÜN ÇİN ABŞ-A CAVAB VERDİ
Çin Maliyyə Nazirliyi, 60 milyard dollar dəyərindəki ABŞ məhsullarına qarşı vergi tarifinin qaldırıldığını açıqlayıb. Əlavə tariflərin 5% ilə 25% intervalında dəyişəcəyi bildirilib. Tariflər 1 İyundan etibarən qüvvəyə minəcək.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Their is no reason for the U.S. Consumer to pay the Tariffs, which take effect on China today. This has been proven recently when only 4 points were paid by the U.S., 21 points by China because China subsidizes product to such a large degree. Also, the Tariffs can be.....
— Donald J. Trump (@realDonaldTrump) 13 мая 2019 г.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
-
8 d. əvvəl
FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- 8 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Minik avtomobili ilə 1 km gediş üçün 8,6 qəpik ödəniləcək - Bu gündən qüvvəyə mindi
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
16 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi
Toyota artıq Yaponiyanın ən dəyərli şirkəti deyil
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
BYD-nin satışları 9 aydan sonra ilk dəfə artıb
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
"Yaşıl enerji kabeli layihəsi üzərində işləyirik"
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
























