Xalq Bankın ödəniş kartları Ulduzumla ikiqat sərfəlidir!
(®) ASC “Xalq” Bankı xüsusi təklifləri ilə mütəmadi olaraq müştəriləri qarşısında yeni imkanlar açır.
Cari il may ayının 15-dən iyunun 30-dək Xalq Bankın filiallarında ödəniş kartlarını 50% endirimlə əldə etmək olar. Aksiyanın şərtlərinə görə qeyd olunan tarixlərdə Bakcell abonentləri Ulduzum kodunu Bankın müştəri xidmətinin əməkdaşına təqdim etməklə Visa İnternet, Visa Electron, Visa Classic, Visa Gold, Visa Platinum, MC Debit, MC Standard, MC Gold ödəniş kartlarını endirimli şərtlərlə sifariş edə və bu kartların verdiyi güzəştlərdən faydalana bilərlər. Kartlara ilkin mədaxil yükləyərkən, yaxud kartın illik xidmət haqqını birdəfəlik ödəyərkən, müştəri ümumi məbləğin 50%-i qədər Ulduzum endirimi qazanacaq. Xalq Bankın ödəniş kartları ilə alış-veriş olduqca sərfəlidir, çünki müştərilər daim müxtəlif endirimlər əldə edir, əlverişli təkliflərdən yararlanır, aksiyalarda iştirak edirlər.
Ulduzum kodunu* yazıb SMS vasitəsilə 5555 nömrəsinə göndərərək, telefonun ekranında *5555#YES yığaraq və ya Ulduzum mobil əlavəsi vasitəsilə əldə etmək mümkündür.
Məlumat üçün bildirmək istərdik ki, endirimlə ödəniş kartı əldə etmək üçün bir Bakcell nömrəsi yalnız bir dəfə Ulduzum kodu istifadə edə bilər. Aksiyada Xalq Bankın MasterCard World Black Edition kartı iştirak etmir.
Xalq Bankın ödəniş kartları, keçirdiyi kampaniya və aksiyalar haqqında daha ətraflı məlumatı 138 Məlumat Mərkəzindən, www.xalqbank.az saytından, Ulduzum proqramının digər üstünlükləri haqda www.ulduzum.az saytından əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 22 d. əvvəl
-
- 28 d. əvvəl
- 37 d. əvvəl
-
1 saat əvvəl
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
15 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
15 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib
Ən çox oxunanlar
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb






















