"Abşeronda bütün heyvanların identifikasiya sistemi və izlənməsi həyata keçiriləcək"
"İlk olaraq Abşeron yarımadası “xəstəliklərdən azad zona” statusu alacaq və bu, hələlik pilot layihədir".
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
Onun sözlərinə görə, xəstəlikdən azad zonanın yaradılması vacib məsələdir: "Layihə gələcəkdə Azərbaycanın bütün regionlarını əhatə edəcək. Qida təhlükəsizliyi göstəriciləri olan səhra labarotoriyaları da layihənin bir hissəsi olacaq".
Q.Təhməzli qeyd edib ki, həmin zonaların heyvan mənşəli xəstəliklərdən azad olunması üçün bu layihənin icrası mütləqdir: "Abşeron yarımadasının seçilməsi təsadüfi deyil. Beynəlxalq ekspertlər yerli mütəxəssislərlə birlikdə layihə üçün rəylərini verib. Rəylərə əsasən, Abşeron müvafiq zona seçilib. Çünki orada köçəri heyvanlar az olduğuna görə, xəstəliyin bir yerdən başqa yerə daşınmaması əmsalı daha yüksəkdir. Ona görə də Abşeronda bütün heyvanların identifikasiya sistemi və izlənməsi həyata keçiriləcək".
AQTA sədri bildirib ki, ölkəyə idxal olunan və burada doğulan heyvanın ölüm anına kimi keçirdiyi həyat tərzindəki bütün xəstəliklərin qeydiyyatı mümkün olacaq: "Bu da imkan verəcək ki, bilavasitə ət, süd məhsullarında təhlükəsizlik təmin olunsun".
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















