“ASK Şüşə”də istehsal xətti işə salındı
“ASK Şüşə” zavodunda birinci istehsalat sexinin ikinci istehsal xətti işə salınıb.
Bu münasibət ilə zavodun ərazisinə baxış keçirən “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə müəssisədəki mövcud vəziyyətlə tanış olmuş, lazımi göstərişlər vermişdir.
“Azərbaycan Sənaye Korporasiyası”ndan “Marja”ya daxil olmuş məlumata görə, ikinci istehsalat xəttinin işə salınması nəticəsində zavodun istehsal gücünün 90%-ə çataçağı, müəssisənin istehsal gücünün isə ildə 80-85 milyon şüşə tara təşkil edəcəyi və 50-60 yeni iş yerinin açılacağı nəzərdə tutulur.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
"2018-ci ildə təsis edilən “ASK Şüşə” MMC “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisələrindən biridir. 22 ha ərazidə yerləşən zavod İtaliyadan gətirilmiş ən müasir avadanlıqlarla təchiz edilib və regionda ən geniş imkanları olan istehsalçıdır. Əsas xammalın az hissəsi ölkədə istehsal olunur, müəyyən hissəsi isə Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrdən gətirilir. Xammal kimi istifadə olunan şüşə qırıntılarının tədarükü əsasən respublikanın emal müəssisələrindən təşkil olunur",- məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
5 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























