Beynəlxalq Bankdan yeni kart məhsulu: “Yuventus” co-brand kartı!
(®) Dünyada, o cümlədən ölkəmizdə də kifayət qədər azarkeşə malik İtaliyanın “Yuventus” futbol klubunun regional partnyoru olan Azərbaycan Beynəlxalq Bankı klubla müştərək brendləşdirilmiş (co-brand) Mastercard Platinum debet kartlarını bazara təqdim edib.
Bank bu kartların öncədən satışına başlayıb. Xüsusi dizayn və özəlliklərə malik kartları müştərilər bu link vasitəsilə əvvəlcədən sifariş edə bilərlər: https://www.ibar.az/az/yuventus/
Kartlar onları öncədən sifariş etmiş sahiblərinə 24 iyun tarixindən etibarən təqdim edilməyə başlanacaq. Co-brand kartları AZN, USD və EUR hesabında açdırmaq olar.
3 il müddətinə nəzərdə tutulmuş bu kartların sayı məhdud - cəmi 3 min ədəd olacaq. Kart müddəti 3 il, xidmət haqqı isə cəmi 30 manatdır. Müştərilər bu kart vasitəsilə istədikləri ödəniş əməliyyatlarını həyata keçirə bilərlər. Ən əsası, kartla Azərbaycan Beynəlxalq Bankının ATM-lərində nağdlaşdırma zamanı heç bir komissiya haqqı tutulmur.
Kart “cash-back” funksiyasına da malikdir. Bütün alış-veriş məkanlarında bu kartla aparılan ödənişlərin 1%-i “cash-back” olaraq müştərinin kartına geri qayıdır. Azərbaycan Beynəlxalq Bankının “Xərclədikcə gəlir” sloqanı ilə reallaşdırdığı “Qayğıkeş” layihəsi çərçivəsində isə bankla tərəfdaş məkanlarda bu kart və bankın POS terminalları ilə aparılmış ödənişin 5%-dən 40%-dək hissəsi elə yerindəcə müştərinin hesabına geri ödənir. Kart Azərbaycan Beynəlxalq Bankının SMS Xəbərdarlıq sisteminə pulsuz qoşulur. Üstəlik, bu kartla “Yuventus” futbol komandasının rəsmi internet səhifəsində edilən hər bir alış-veriş məbləğinə 2% “cash-back” geri qayıdır.
Azərbaycan Beynəlxalq Bankı və “Yuventus”un co-brand kartlarını əvvəlcədən sifariş etməyinsə başqa bir üstünlüyü də var. Bank yaxın zamanlarda müxtəlif uduş kampaniyaları keçirərək bu kartla ödənişlər aparan müştərilərini mükafatlandıracaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 23 d. əvvəl
-
- 29 d. əvvəl
- 38 d. əvvəl
-
1 saat əvvəl
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
15 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
15 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib
Ən çox oxunanlar
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb





















