“Azərkosmos” zərərdən çıxa bilməyib - FANTASTİK YIĞILMIŞ ZƏRƏR

Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” ASC 2018-ci ili 6 milyon 462 min manat zərər ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, ASC 2017-ci ili 16 milyon 97 min manat zərər ilə bağlamışdı. Beləliklə, illik müqayisədə “Azərkosmos”un zərəri 2,5 dəfə azalıb.
SATIŞDAN GƏLİRLƏR AZALIB
“Marja” “Azərkosmos” ASC 31 dekabr 2018-ci il tarixinə Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun Maliyyə Hesabatlarına istinadən xəbər verir ki, 2017-ci ildə satışdan gəlirlər 37 milyon 86 min manat ikən, 2018-ci ildə 36 milyon 812 min manat təşkil edib.
Ötən il “Azərkosmos”un cəmi gəlirləri 45 milyon 379 min manat, cəmi xərcləri 51 milyon 842 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən ASC-nin 6 milyon 462 min manat zərəri yaranıb.
2017-ci ildə “Azərkosmos”un cəmi gəlirləri 42 milyon 292 min manat, cəmi xərcləri isə 58 milyon 390 min manat təşkil etmişdi. Nəticədə ASC ili 16 milyon 97 min manat zərər ilə bağlamışdı.
XƏRCLƏRİ AZALIB
2017-ci illə müqayisədə ötən il maliyyə xərcləri 1,8 dəfə azalaraq 7 milyon 451 min manatdan 13 milyon 807 min manata düşüb. Maliyyə xərclərinin düşməsi zərərin azalmasına təsir göstərib.
2018-ci ilin sonunda “Azərkosmos”un yığılmış zərəri 313 milyon 191 min manat təşkil edib. 2017-ci ilin sonunda bu rəqəm 308 milyon 154 min manat idi.
ÖHDƏLİKLƏRİ AKTİVLƏRİNDƏN ÇOXDUR, KAPİTALI SİLİNİB
31 Dekabr 2018-ci il tarixində “Azərkosmos” 653 milyon 632 min manat cəmi aktivlərə, 740 milyon 867 milyon manat cəmi öhdəliklərə, minius 87 milyon 235 min manat cəmi kapitala malik olub. Yığılmış zərər nizamnamə kapitalını və əlavə kapital qoyuluşlarını silib.
Ötən il ASC-nin borcları 154 milyon 461 min manatdan 117 milyon 578 min manata düşüb (36 milyon 883 min manat azalıb).
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
“Azərkosmos” 2010-cu ildə telekommunikasiya peyklərinin hazırlanması, orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə təsis edilib. “Azerspace-1” və “Azerspace-2“ telekommunikasiya peykləri “Azərkosmos”un idarəçiliyindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
-
12 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
15 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
