Səudiyyə Ərəbistanından "hasilat razılaşması uzadılacaq" siqnalı
Səudiyyə Ərəbistanının Energetika, Sənaye və Təbii Sərvətlər naziri Xalid əl-Falih, Rusiya ilə neft bazarlarına dair müsbət danışıqlar apardıqlarını bildirərək, "Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) ilə OPEC-ə üzv olmayan bəzi ölkələr arasında neft istehsalının azaldılması razılaşmasının uzadılacağına əminim" deyib.
"Marja" xəbər verir ki, Falih, Sankt - Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda (SPIEF) etdiyi çıxışında, Rusiyanın Energetika naziri Aleksandr Novak ilə danışdıqlarını söyləyib.
Rusiya və Səudiyyə Ərəbistanı arasında neft bazarlarına dair ortaq bir anlayış olduğunu ifadə edən Falih, "Nazirliklərimiz arasında az qala tam bir fikir birliyi var" deyib.
Falih, OPEC və başda Rusiya olmaqla OPEC-ə üzv olmayan bəzi ölkələr ilə icra edilən əməkdaşlığı davam etdirmək istədiklərini vurğulayaraq, "OPEC ilə OPEC-ə üzv olmayan bəzi ölkələr arasında neft hasilatının azaldılması razılaşmasının uzadılacağına əminim" deyib.
Neft qiymətlərində görülən "dalğalanmalar" səbəbilə OPEC və OPEC-ə üzv olmayan bəzi neft istehsalçısı ölkələr 2016-da hasilatın azaldılması razılaşmasına başlayıblar.
Rusiya Prezidenti Vladimir Putin dünən etdiyi açıqlamada, Rusiyanın büdcəsinin neftin 40 dollarlıq qiymətinə görə təyin olunduğunu, 60-65 dollarlıq qiymətin özləri üçün "məmnun edici" olduğunu söyləmişdi.
Cümə axşamı Brent neftin barel qiyməti 63,29 dollardan, Qərb Texas (WTI) xam neftinin də barel qiyməti 53,05 dollardan bağlanıb. Qiymətlər 2,5%-dən çox artıb.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb







.jpg)








.jpg)


