Ötən il 100 milyon manata yaxın idi, bu il 60 milyon manata çatmadı

2019-cu ilin əvvəlindən etibarən əməkhaqqının həyatın yığım sığortasına yönəldilməsinə məhdudiyyətin tətbiq edilməsi həyat sığortası üzrə toplanan sığorta haqlarının azalmasına səbəb olub.
“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-aprel ayları ərzində könüllü həyat sığortaları üzrə cəmi 72 milyon 481 min manat sığorta haqları toplanıb. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 43 milyon 117 min manat və ya 37,3% azdır. 2018-ci ilin yanvar-aprel aylarında könüllü həyat sığortaları üzrə 115 milyon 598 min manat sığorta haqları toplanmışdı.
Əsasən, işçilərin yığım məqsədilə əməkhaqlarını yönəltdikləri həyatın yaşam sığortası üzrə tolanan sığorta haqlarının kəskin azalması cəmi könüllü həyat sığortası bazarının geriləməsinə səsəb olub. 2019-cu ilin ilk 4 ayı ərzində həyatın yaşam sığortası üzrə 59 milyon 50 min manat sığorta haqları toplanıb. 2018-ci ilin ilk 4 ayında bu məbləğ 96 milyon 708 min manat idi (37 milyon 658 min manatlıq və ya 38,9% azalma).
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Müqayisə olunan dövrdə həyatın ölüm halından sığortası üzrə toplanan sığorta haqları 17 milyon 983 min manatdan 12 milyon 244 min manata düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
8 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 18 saat əvvəl
-
22 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
23 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
