Güzəştli vergi tutulan ölkələrin və ərazilərin yeni siyahısı təsdiq edildi
“Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı” yeni redaksiyada təsdiq edilib.
"Marja" xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli 1505 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmanı ilə güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı təsdiq edilib.
Antil Adaları (Niderland), Bəhreyn, Kosta-Rika, Qernsi, Men Adaları, Makao (Çin), Nauru, Seyşel Adaları siyahıdan çıxarılıb, Fici adaları, Tayland, Tayvan (ÇXR), Kabo Verde, Trinidad və Tobaqo siyahıya əlavə edilib.
Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı:
1. Andorra
2. Anqila
3. Antiqua və Barbuda
4. Aruba
5. Baham adaları
6. Barbados
7. Beliz
8. Bermud
9. Britaniya Vircin adaları
10. Cersi
11. Cəbəlüttariq
12. Dominika
13. Fici
14. Honq-Konq (ÇXR)
15. Kabo Verde
16. Kayman adaları
17. Kuk adaları
18. Qrenada
19. Liberiya
20. Lixtenşteyn
21. Maldiv adaları
22. Marşal adaları
23. Monako
24. Montserrat
25. Niue
26. Palau
27. Panama
28. Samoa
29. Sent Lusiya
30. Sent Vinsent və Qrenadin
31. Sent-Kits və Nevis
32. Tailand
33. Tayvan (ÇXR)
34. Törks və Kaykos adaları
35. Trinidad və Tobaqo
36. Vanuatu
37. Vircin adaları (ABŞ)
Bu siyahı aşağıdakı məqsədlər üçün istifadə olunur:
a) Vergi Məcəlləsinin 125.1.9-cu maddəsində qeyd olunan əlavə 10% ödəmə mənbəyində tutulan verginin tətbiqi;
b) Vergi Məcəlləsinin 14-1-ci maddəsinə əsasən transfer qiyməti məqsədləri üçün idarə olunan əməliyyatların müəyyən edilməsi;
c) Vergi Məcəlləsinin 128-ci maddəsinə əsasən rezidentin güzəştli vergi tutulan ölkələrdən əldə etdiyi gəlirinin vergiyə cəlb olunması.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 27 d. əvvəl
- 35 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"





















