Yaponiya şirkəti Azərbaycana investisiya qoyacaq - MEMORANDUM İMZALANIB
Energetika Nazirliyi və Yaponiyanın “Mitsui” şirkəti arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandum Azərbaycanda bərpa olunan enerji layihələrinə investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üzrə əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, Azərbaycanda iqtisadi baxımdan sərfəli bərpa olunan enerji layihələrinə investisiya qoyuluşunu təşviq edəcək normativ bazanın yaradılması üçün əsas amillər müəyyənləşdiriləcək və inkişaf etdiriləcək.
Memorandumu Energetika nazirinin müavini Samir Vəliyev və “Mitsui”şirkətinin Avropa, Orta Şərq və Afrika ölkələri üzrə vitse-prezidenti Moçida Keniçi imzalayıb.
Nazir müavini Samir Vəliyev Azərbaycanda bərpa olunan enerji potensialı, bu sektorun inkişafına investisiya qoyuluşunun təşviqi ilə bağlı görülən işlər barədə danışıb və “Mitsui” şirkəti ilə əməkdaşlığın ölkəmizdə bərpa olunan enerji sahəsinin inkişafına, birgə layihələrin həyata keçirilməsinə töhfə verəcəyini bildirib.
“Mitsui” şirkətinin vitse-prezidenti Moçida Keniçi isə bu sənədi bərpa olunan enerji sahəsində Azərbaycan -Yaponiya əməkdaşlığının nümunəsi kimi qiymətləndirib. Bildirilib ki, şirkət Azərbaycanda bərpa olunan enerji, xüsusilə külək enerjisi sahəsində həyata keçiriləcək layihələrə investisiya qoymaq niyyətindədir.
Görüşdə bərpa olunan enerji sahəsində gələcək əməkdaşlığın əsas hədəf və istiqamətləri ilə bağlı müzakirələr aparılıb. Həmçinin “Mitsui” şirkətinin iştirakı ilə Braziliya, Yaponiya, Avstraliya və digər ölkələrdə reallaşdırılan külək, su, istilik, günəş, qaz, kömür elektrik stansiyaları layihələri barədə məlumat verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























