İran: ABŞ-ın hərbi təyyarəsini də vura bilərdik, ancaq vurmadıq
İran İnqilab Keşikçiləri Ordusu Hava Qüvvələrinin Komandanı Əmir Əli Hacızadə, ABŞ-a aid insansız hava vasitəsini (dronu) müşayiət edən və içində 35 nəfərin olduğu bir kəşfiyyat və hərbi təyyarəni də müəyyən etdiklərini, ancaq onu vurmadıqlarını söyləyib.
İranın "Fars"xəbər agentliyinə görə, paytaxt Tehranda mətbuata açıqlama verən Hacızadə, "ABŞ-a məxsus casus dron aşkar edildiyi an içərisində 35 nəfərin olduğu ABŞ-ın P-8 (Poseidon) tipi bir casus təyyarəsi də vurulan dronun yaxınlığında idi. Onu da vurardıq, ancaq bunu etmədik", - deyib.
İranın, ABŞ-ın hava məkanı pozuntularına diplomatik kanallarla bir neçə dəfə etiraz etməsinə baxmayaraq, Vaşinqtonun bu etirazlara əhəmiyyət vermədiyini dilə gətirən Hacızadə, "Biz eyni hərəkətləri Vaşinqton sahillərində etsəydik, onlar necə reaksiya verərdi? Hava məkanlarını pozsaydıq icazə verərdilər?" suallarını yönəldib.
İran İnqilab Keşikçiləri Ordusu, Oman Körfəzinə sahili olan Hürmüzgan əyalətinə bağlı Kuhmubarek şəhəri sahilində "İranın hava məkanını pozan" ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "RQ-4 Global Hawk" tipli dronun qurudan raketlə vurularaq endirildiyini bildirmişdi.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə Hörmüz Boğazı üzərində uçan ABŞ Hərbi Hava Qüvvələrinə aid insansız hava vasitəsinin İran tərəfindən vurulduğunu təsdiqləmiş, ancaq sözügedən dronun "beynəlxalq hava məkanında" uçarkən vurulduğunu açıqlamışdı.
"ZƏRBƏYƏ 10 DƏQİQƏ QALMIŞ ONU DAYANDIRDIM"
ABŞ Prezidenti Donald Tramp İrana zərbə endirmək barədə əmr verməyə hazırlaşdığını, lakin son anda qərarını dəyişdiyini etiraf edib.
Donald Tramp bu barədə özünün “Twitter” səhifəsində yazıb: “Ötən gecə biz üç müxtəlif obyektə zərbə vurmağa tam hazır idik, lakin mən nə qədər insanın həlak ola biləcəyini soruşdum. General cavab verdi ki, 150 nəfər. Zərbəyə 10 dəqiqə qalmış mən onu dayandırdım. Hücum bir dronun vurulmasına cavab olmayacaqdı. İran heç vaxt nüvə silahı sahibi olmayacaq. Ordumuz hazırdır və dünyanın ən yaxşısıdır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
5 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
-
-
5 saat əvvəl
Tramp: “İrana qarşı hərbi əməliyyatın ‘böyük dalğası’ hələ başlamayıb”
-
10 saat əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
11 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi




















