7 il vergidən azad edilmiş “KOB klaster şirkəti”nin meyarları təsdiq edildi
Vergilər Nazirliyi Kollegiyasının qərarı ilə “KOB klaster şirkəti”nin meyarları”nın təsdiq edilib.
“Marja”nın məlumatına görə, “KOB klaster şirkəti” kimi aşağıdakı vergi ödəyiciləri çıxış edir:
- Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada kommersiya hüquqi şəxs kimi dövlət qeydiyyatına alınan;
- əhəmiyyətli qərarların Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə razılaşdırmaqla yerinə yetirməsi nizamnaməsində əks edilən;
- həyata keçiriləcək KOB klaster layihəsinin çərçivəsində “KOB klaster şirkəti”nin qarşılıqlı surətdə asılı olmayan azı 10 mikro, kiçik və orta sahibkarlıq subyekti ilə təsərrüfat əqdlərini bağlaması və klaster üzrə hazırlanan məhsulun xammal və materialının dəyərinin 50 faizinin klasterin iştirakçısı olan yerli istehsalçılardan təchiz edilməsi;
-fəaliyyət sahəsinin aşağıdakı 3 istiqamətdən birinə uyğun olması:
Azərbaycan Respublikasında istehsal edilməyən yeni rəqabətqabiliyyətli məhsul yaradılması;
istehlakın 50 faizdən artıq hissəsinin idxal hesabına ödənilən məhsulun yaradılması;
qonaqlama və yerləşdirmə xidmətlərinin (mehmanxana, motel, kempinq və s.) göstərilməsi.
KOB klaster şirkəti”nin həyata keçirəcəyi layihə üzrə investisiyanın minimum həcmi aşağıdakı miqdarda müəyyən edilir:
- Bakı şəhəri (Bakı ətrafı qəsəbələr istisna olmaqla) - 5 milyon manat;
- Bakı ətrafı qəsəbələr və Abşeron rayonu - 3 milyon manat;
- Sumqayıt və Gəncə şəhəri - 2,5 milyon manat;
- Naxçıvan Muxtar Respublikası, Füzuli, Xocavənd, Ağdam, Tərtər, Ağcabədi, Goranboy, Göygöl, Gədəbəy, Daşkəsən, Qazax, Tovuz, Ağstafa, Lerik, Yardımlı, Balakən və Qusar rayonları üzrə - 0,5 milyon manat.
-Digər şəhər və rayonlar üzrə - 1,5 milyon manat.
KOB klaster şirkəti”nə dair tələblər aşağıdakılardır:
- “KOB klaster şirkəti”nin layihə çərçivəsində illik dövriyyəsinin Agentlik tərəfindən qəbul edilən maliyyə-iqtisadi əsaslandırma sənədində nəzərdə tutulan investisiya həcminin 20 faizindən az olmamaqla müəyyən edilməsi;
- əməliyyatların tam həcmdə qanunla müəyyən olunmuş qaydada sənədləşdirilməsi (elektron qaimə-faktura, elektron vergi hesab-fakturası, yük gömrük sənədləri, ciddi hesabat sənədi olan alış aktları);
- əməliyyatlar üzrə hesablaşmaların nağdsız qaydada aparılmasına üstünlük verilməsi;
- Son məhsulun (xidmətin) “KOB klaster şirkəti”nin iştirakçısı tərəfindən istehsal olunan hissələrdən komplektləşdirilməsi və bu zaman iştirakçıdan əldə edilmiş malların emal prosesinə məruz qalmaqla (əlavə dəyər yaratmaqla) təqdim edilməsi;
“KOB klaster şirkəti”nin rəhbərinin və ya hər hansı təsisçisinin vergidən yayınma üzrə cinayət məsuliyyətinə cəlb edilməmiş olması.
KOB klaster şirkəti” maliyyə-iqtisadi əsaslandırma üzrə fəaliyyətə başlaması barədə Agentliyə və Vergilər Nazirliyinə 3 gün müddətində məlumat verir.
“KOB klaster şirkəti”nin bu Meyarlara cavab verməsi Agentlik tərəfindən Vergilər Nazirliyi ilə razılaşdırılmaqla təqdim edilmiş şəhadətnamə ilə təsdiq edilir.
Ötən ilin İyun ayında Prezident İlham Əliyevin imzaladığı "Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin" fəaliyyətinin təmin edilməsi haqqında" Fərmanda bildirilir ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterlərinin yaradılması və inkişafı üçün stimullaşdırıcı tədbirlər görüləcək.
Fərman ilə İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə sahibkarlara, onların klaster şirkətlərinə, klaster iştirakçılarına vergi güzəştləri və onların vergidən azad edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılmışdı.
KOB klaster şirkətinə və iştirakçısına ediləcək vergi güzəştləri:
KOB klaster şirkətinin mənfəəti - KOB klaster şirkətinin KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə;
KOB klasterin iştirakçısı olan hüquqi şəxsin KOB klaster şirkəti ilə bağlanmış müqaviləəsasında təqdim etdiyi mal (iş, xidmət) üzrəəldə etdiyi mənfəətin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi – 7 il müddətinə;
KOB klaster şirkəti tərəfindən mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – KOB klaster şirkətinin KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə;
KOB klaster şirkətləri KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən KOB klaster fəaliyyətində istifadə olunan əmlaklara görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar.
KOB klaster şirkətləri KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə mülkiyyətində və ya istifadəsində olan və KOB klaster fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq vergisini ödəməkdən azad edilirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank vəziyyəti pisləşmiş sığorta şirkətinə müvəqqəti inzibatçı təyin etdi
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
İstifadəçilərinin sayı 3 milyonu keçib, partnyor şəbəkəsi 4000-ə çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Bank filialı üçün mebel alır - TENDER
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR
Misin qiyməti yeni tarixi rekord qırdı — tonu 13 min dolları keçdi
Yanvarın 7-də gözlənilən hava şəraiti
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
"Quru sərhədlər indiyə qədər bağlı qalır. Bununla belə, əminəm ki, turist sayını 2 dəfə artırmaq real görünür"
























