Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın risk xəritəsi hazırlanacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın risk xəritəsi hazırlanacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Hadisələrin İdarəedilməsi Sistemi çərçivəsində Azərbaycanın risk xəritəsini hazırlamağa çalışacağıq.

 

Reklam_3_11

Bunu İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov bildirib.

 

"Sistemdən çıxan nəticələri əlaqədar dövlət qurumlarına bildirəcəyik ki, onlar da uyğun bildikləri tədbirləri həyata keçirsinlər",- deyə R.Əhmədov əlavə edib.

 

Qeyd edək ki, risk xəritəsinə görə, ən çox qəza baş verən yollar, ölümlə nəticələnən qəzaların olduğu yollar müəyyən ediləcək. 

 

"Hadisələrin İdarəedilməsi Sistemi" layihəsi icbari sığorta növləri üzrə sığorta tələblərinin vahid informasiya sistemi üzərindən qeydiyyatının aparılmasını nəzərdə tutur. Əsas məqsəd sığorta ödənişlərinin həyata keçirilməsi zamanı şəffaflığın təmin edilməsidir. Belə ki, sistem üzərindən qeydiyyata alınan sığorta tələbləri üzrə ödənişlər avtomatik yaradılan unikal ödəniş kodları vasitəsilə həyata keçiriləcəkdir. Nəticə etibari ilə müvafiq nəzarətedici orqan istənilən vaxt sistemə daxil olaraq sığorta ödənişlərin tənzimlənməsi prosesi barədə məlumat əldə edə biləcəkdir. Müştərilərin şikayətlərinin olması halında nəzarət orqanı sığorta şirkətlərindən müvafiq sənədlərin istənilməsi üçün zaman itirməyəcək, sistemdən istifadə sayəsində dəyərləndirmə sürətlə həyata keçiriləcək və bu da ölkəmizdə sığortalıların məmnuniyyətinin artmasına xidmət edəcək".

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

24.06.2019 11:09

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18