"Avropa və regionla müqayisədə təqaüdə çıxmaq üçün 65 yaş elə də yüksək hədd deyil” -NAZİR MÜAVİNİ
“Azərbaycanda orta ömür müddəti uzanır və uzandıqca pensiya sistemi də nəzərdən keçirilir. Bu beynəlxalq praktikadan irəli gələn bir məsələdir”.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov pensiya yaşının uzadılması və hər il 6 ay artırılması ilə bağlı məsələni şərh edərkən deyib.
A.Kərimov deyib ki, Azərbaycanda nəzərdə tutulan minimum pensiya yaşı Avropa ölkələri ilə müqayisədə aşağıdır: “Siz Avropa ölkələrinə və region dövlətlərinə fikir versəniz görərsiniz ki, bizdə müəyyən edilən 65 yaş elə də yüksək hədd deyil”.
Nazir müavini qeyd edib ki, özəl pensiya fondlarının yaradılması ilə bağlı Nazirlik tərəfindən iş aparılır: “Biz Avropa İttifaqı ilə 2 il ərzində bir layihə həyata keçirdik. Növbəti mərhələdə 5 illik pensiya sisteminin inkişafı ilə bağlı “Yol Xəritəsi” hazırlayırıq. Hazırda bizdə məcburi dövlət sosial sığorta haqqları mövcuddur. Bu “Yol Xəritəsi” çərçivəsində könüllü yığım nəzərdə tutulub. Könüllü yığım özəl fondlar əsasında aparılacaq. Sadəcə ictimaiyyət özü bu könüllü yığımda maraqlı olmalıdır. Biz indi islahatları aparırıq, gəlirləri gücləndiririk ki, bu marağı artıraq. İkincisi də qanunvericilik çərçivəsi təkmilləşməlidir”.
A.Kərimovun sözlərinə görə, özəl pensiya fondlarına inamın olması üçün maarifləndirmə işləri gücləndirilməlidir: “Bu ilin yanvarından biz avtomatlaşdırılmış pensiya təyinatı sistemini təqdim etmişik. Daha heç bir yerə getmək lazım deyil. SMS gəlir ki, siz pensiya yaşına çatmısız və filan bankdan gedib kartınızı ala bilərsiniz. Bu yeniliklər inamı, etibarı yaradır. Artıq 12 min adam bu yolla kart əldə edib. İlin axırına kimi onların sayı 25 min nəfərə çatacaq”.
Xatırladaq ki, əmək pensiyası yaşına çatmış şəxslərin fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinədək pensiya kapitalı qeydə alınıbsa (məbləğdən asılı olmayaraq), onlara əmək pensiyası təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək 25 il sosial sığorta stajı hesablanır. Həmin 25 illik stajın və eləcə də 2018-ci ilin 1 iyul tarixinədək qeydə alınan pensiya kapitalının qanunvericiliyin tələbləri əsasında indeksləşdirilməsi aparıldıqdan sonra formalaşan ümumi pensiya kapitalı əsasında pensiya təyin olunur.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 8 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti




















.jpg)


.jpg)




