Bu günədək ölkə üzrə neçə ton taxıl yığılıb?
Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1 milyon 9 min 139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677 min 793 hektarı buğda, 331 min 346,8 hektarı isə arpa sahəsidir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, iyulun 1-nə olan operativ məlumata görə, ölkə ərazisində 772 min 24,6 hektar ərazidə taxıl biçini aparılıb, 319 min 131 hektar ərazidə arpa, 452 min 893,5 hektar ərazidə buğda biçini başa çatıb.
Ümumilikdə bu günədək ölkə üzrə 2 milyon 482 min 528,6 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 32,1 sentner təşkil edir.
Ağdam, Bərdə, Biləsuvar, İmişli, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax və Zərdabda taxıl biçini başa çatıb. Ağdaş, Ucar, Kürdəmir, Tərtər, Neftçala, Füzuli rayonlarında isə taxıl biçini başa çatmaq üzrədir.
Göyçay ərazisində arpa əkilmiş 6851 hektar sahənin 6847 hektarı və buğda əkilmiş 8740 hektar sahənin 8628 hektarı artıq biçilib. Rayonda arpa və buğda üzrə məhsuldarlıq 30,5 s/ha təşkil edir.
Goranboy ərazisində arpa əkilmiş 13 min 449 hektar sahənin 13 min 339 hektarı və buğda əkilmiş 8235 hektar sahənin 8205 hektarı artıq biçilib. Ağdaş, Ağcabədi, Beyləqan, Füzuli, Neftçala, Tərtər rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
11 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)





