Holcim tikinti sənayesinin inkişafı ilə bağlı müzakirə start verdi
(®) Tikinti sənayəsinin təməli olan sement və beton iqtisadiyyatın strateji sahələrdən birini təşkil edir və ölkənin inkişafında mühüm rol oynayır. Öz xüsusiyyətinə görə bu çox sərmayə tələb edən, yeni iş yerləri yaradan və mənzil, şəhər, yollar və s infrastruktur sahələri üçün məhsul yaradır.
Əvvələr sement və betonda əsas tələb olunan şərtlərdən biri qiymət idi isə bu gün ekoloji komponent, funksiopnallıq, prosesin təhlükəsizliyi və yerli xammalın istifadəsi ön plana çıxır. Bütün bu amillər istehsalatda texnoloji həllərin optimallaşdırılmasına təsir göstərir. Tikinti materiallarının istifadəsi prosesi elmi və texniki yanaşma, innovasiyalar və beynəlxalq təcrübə tələb edir. Məhs bu məsələlər Holcim şirkəti tərəfindən təşkil etdilən görüşdə müzakirə edildi. Dəvət olunan qonaqlarin arasında Elmlər Akademiyası, Dadaşov adına Elmi və tədqiqat institutu, Memarlıq və İnşaat universtiteti FHN yanında tikinti təhlükəsizliyinə nəzarət agetliyi, Dövlət şəhərsalma və Arxetektura komitəsi, və ölkənin tikinti inkişafında rolu olan tanınmış memar və kanustuktor nümayəndələri var idi.
“Qlobal sement və tikinti materialları istehsalçısı olan LafageHolcim-in bir hissəsi olaraq biz Azərbaycanda innovativ nailiyyətlərimizi tətbiq edirik. Potensial imkanlarımız hazırda istifadə etdiyimiz imkanlardan daha genişdir. Bizim Liondakı elmi araşdırmalar institutumuz müxtəlif seqmentlə və müştərilərimizin sifarifinə əsasən unikal sement və beton resptləri (tərkibləri) hazırlarlamağa qadirdir. Mən əminəm ki, yerli alimlərin elmi potensialını və LafargeHolcim-in beynəlxalq ekspertizasını birləşdirərək, ölkənin tikinti sənayesinin inkişafına böyük töhfə verə bilərik", - Baş direktor Frederik Guimbal öz çıxışında qeyd etdi.
Mənzil tikintisi həcminin artırılması, geniş miqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, sənaye və iqtisadi potensialın inkişafı üçün imkanların açılması məsələlərini daha səmərəli həll etməyə kömək edən kəmiyyət və keyfiyyət dəyişikliklərinə ehtiyac var. Problemlərdən danışan tədbir iştirakçıları, tədqiqat institutları və biznes şirkətləri arasında koordinasiyanın az olduğunu, elmi-tədqiqat və eksperimental laboratoriya işlərinin yetərli olmadığına toxundular. Həmçinin beynəlxalq standartların tətbiqi və uyğunlaşması ətrafında maraqlı bir müzakirələr aparıldı. Sonda iştirakçılar belə görüşlərin mütəmaddi keçirilməsinin əhəmiyyətli olduğunu və dialoqun faydalı olduğunu vurğuladılar.
Xatırladaq ki, Holcim Azərbaycan 80 ölkədə 80.000 işçi qüvvəsi ilə fəaliyyət göstərən LafargeHolcim Qrupun üzvüdür. LafargeHolcim dünyada sement, hazır beton məhsulları və aqreqatlar istehsalı və paylanması sahəsində 180 ildən artıq təcrübəyə malik olan dünya liderlərindən biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
11 saat əvvəl
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
-
13 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
13 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 13 saat əvvəl
-
14 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
14 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
14 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
14 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
14 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Ən çox oxunanlar
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR








.webp)
















