Azərbaycanda iş adamlarının yeni təşkilatı yaradılıb
Azərbaycanda fəaliyət göstərən Türkiyə və Azərbaycan iş adamlarının yeni təşkilatı təsis edilib.
“Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB)” adı altında bir araya toplanan iş adamları öz sıralarında yerli və xarici şirkət rəhbərlərini, eləcə də sahibkarları birləşdirir.
Təşkilata Azərbaycanda fəaliyyət göstərən çox saylı böyük şirkət və holdinqlər, eləcə də tanınmış iş adamları daxildir.
“Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi” (TÜİB), qlobal iqtisadi əlaqələrin yenidən tənzimləndiyi bir mühitdə, çox önəmli bir missiyanı öz üzərinə götürüb.
“Millətimiz və Dövlətlərimiz Varsa, Biz də Varıq!” şüarı ilə fəaliyyət göstərən iş adamları, öz sahələrində əldə etdikləri uğur ilə yanaşı, xalqımızın rifah halının yaxşılaşdırılması və millətimizin sivilizasiyalara doğru inteqrasiyası üçün öz üzərinə düşən vəzifələri yerinə yetirməyi hədəfləyir”,- Təşkilatın məlumatında deyilir.
TUİB İdarə Heyətinin sədri olaraq Ali İhsan Genç seçilib. İdarə Heyəti Sədrinin 1-ci Müavini Hüseyin Büyükfırat, İdarə Heyəti Sədrinin köməkçisi isə Birol Oğuz olacaq.
TÜİB rəhbərliyi öz fəaliyyəti çərçivəsində, rəqabət gücünü artıracaq, struktur islahatlarla dəstəklənən davamlı böyümə və ictimai problemlərin daimi həllinin tapılmasını hədəfləyən işlərə üstünlük verir.
Azərbaycan və Türkiyənin mövcud potensialının ən təsirli şəkildə qiymətləndirilməsi üçün:
1.Hər iki ölkənin iş adamları arasında ortaq platformalar təsis etmək, onları birgə əməkdaşlıq etməyə və investisiya yatırımlarına təşviq etmək,
2.Real və məhsuldar məşğulluğu artırmaq, insanların rifahını yüksəldə biləcək fəaliyyət sahələrinə üstünlük vermək,
3. Üzvlərini əlavə dəyəri yüksək sahələrdə daha da fəal olmaları üçün təşviq etmək,
4. Mövcud qanun vericilikdə inkişaf etdirilməyə ehtiyac duyulan xüsuslar olduqda müvafiq qanunverici orqanlarla öz təcrübə və biliklərinii paylaşmaq, təkliflər təqdim etmək və bütün tərəflərin məmnun qalmasını təmin etmək;
əsas hədəflər arasındadır.
Qurum bu məqsədlərə nail olmaq üçün Azərbaycanın və Türkiyənin dövlət orqanları, eləcə də biznes təşkilatları ilə geniş əlaqələr yaratmağa başlayıb. Yarandığı ilk gündən biznes tədbirlərdə aktiv surətdə iştirak edən TUİB İdarə Heyətinin sədri Ali İhsan Genç bildirib ki, yeni təşkilatın yaradılması Azərbaycanda biznes qurumlarının fəaliyyətinin koordinasiya edilməsi, biznes imkanlarının daha yaxşı təbliği və onlardan səmərəli istifadə olunmasına imkan verəcək. «Təşkilatımızın əsas məqsədlərindən biri onun üzvü olub-olmamasından asılı olmayaraq Azərbaycanda çalışan Türkiyəli iş adamlarının yolunu işıqlandıracaq addımları atmaq və onları məlumatlandırmaqdır . Güclüyük, daha da güçlü olacağıq. Öz gücümüzlə ölkələrimizə güc qatacağımıza, Azərbaycan güclü olarsa Türkiyə, Türkiyə güclü olarsa Azərbaycanın güclü olacağına inanırıq. “
Rəhbərlik :
İdarə Heyəti
·Ali İhsan GENÇ Sədr Turquoise MMC
·Hüseyin BÜYÜKFIRAT Sədr Müavini Büyükfırat Grup
·Birol OĞUZ Sədr Köməkçisi Aselsan Bakü
·Savaş Uzan Üzv Azersun Holding
·Birol MALKOÇ Üzv Lider Lojistik
Nəzarət və Nizam İntizam Komissiyası
·Bülent KARACA Sədr Tekfen İnşaat
·Necmettin TAŞBAĞ Sədr köməkçisi Kartaş MMC
·Osman Gezeker Üzv Özkaya Grup
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 19 d. əvvəl
-
- 31 d. əvvəl
- 1 saat əvvəl
-
13 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 13 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
16 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
17 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?























