Cənubi və Mərkəzi Asiya ölkələrindən Azərbaycana axın başlayıb
2019-cu ilin birinci yarısında Azərbaycanı 6.5% çox xarici qonaq ziyarət edib
2019-cu ilin birinci yarısında Azərbaycanı ziyarət etmiş xarici qonaqların sayı 1.4 milyon nəfərə çatıb ki, bu da ötən ilin eyni dövründə ölkəyə gəlmiş 1.3 milyon xarici ziyarətçi ilə müqayisədə 86 min və ya 6.5% çox qonaq deməkdir. Bu barədə Dövlət Turizm Agentliyinin məlumatında bildirilir.
Gələnlərin böyük hissəsini 29.4%-lə Rusiya (414 min), digər böyük hissəsini isə 24.3%- lə Gürcüstan (342 min) vətəndaşları təşkil edib. Gürcüstan üzrə artım 22.8% və ya 64 min nəfər olub. Bu iki ölkədən gələn qonaqların sayı ümumi gələnlərin 50%-dən çox hissəsini təşkil edib. Türkiyədən gəlmiş qonaqların sayı 3.7% artaraq toplam 148 minə çatıb.
Cənubi və Mərkəzi Asiya ölkələrindən gələnlərin sayında yenə də sürətli artım müşahidə olunur - artım ilin ilk yarısı üçün uyğun olaraq 37.8% və 50.2% olub. Azərbaycan üçün Cənubi Asiyanın əsas turizm bazarları Hindistan (27 min; 80.2% artım) və Pakistan (19 min; 24.4% artım), Mərkəzi Asiyada isə Qazaxıstan (20 min; 15.1% artım) və Türkmənistandır (21 min; 85% artım).
Ən böyük azalma İrandan gələnlərin arasında müşahidə olunur. Belə ki, 2018-ci ilin ilk yarısı ilə müqayisədə bu ölkədən gələnlərin sayında 40 min və ya 27.5% azalma olub. Azalma, həmçinin Yaxın Şərq regionundan gələnlər arasında da mövcuddur; sözügedən regiondan 7 min və ya 4.4% az qonaq gəlib. Bu hal əsasən İraq, BƏƏ və Küveyt kimi ölkələr üçün xarakterikdir. Bu ölkələr üzrə azalma 2018-ci ilin eyni dövrü ilə müqayisədə 31.5%, 25% və 14.1% olub. Səudiyyə Ərəbistandan gələnlərin sayında isə təxminən 80% artım müşahidə olunur ki, bu da 15 min nəfər artımla 34 mindən çox xarici vətəndaş deməkdir.
2019-cu ilin iyun ayında gələnlərin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunub – bu artım 17.2% təşkil edib. Bu tendensiya özünü Azərbaycan turizmi üçün xarakterik olan bütün ölkələr üzrə göstərib.
Cənubi, Mərkəzi və Şərqi Asiya ölkələrindən gələnlərin sayında rekord həddə artım olub. Cənubi Asiyadan gələnlərin sayında 85.3% artım olub - Hindistan və Pakistan əcnəbilərinin sayı müvafiq olaraq 104% və 75% artıb. Digər Asiya ölkələri üzrə artım 30% və 60% arası təşkil edib. İran, Türkiyə, Yaxın Şərq və Rusiyadan gələnlərin sayı müvafiq olaraq 13.6%, 20.5%, 16.7% və 7.7% artıb.
Qeyd etmək lazımdır ki, uzunsürən azalmadan sonra Azərbaycana gələn İran vətəndaşlarının sayında ilk dəfə olaraq artma müşahidə olunub.Yaxın Şərq ölkələri arasında Səudiyyə Ərəbistanını xüsusi olaraq vurğulamaq olar. Belə ki, iyun ayında bu ölkədən 10 min və 82.5% daha çox qonaq gəlib. Bununla belə iyun ayı üzrə ən böyük artım Gürcüstandan gələnlər arasında müşahidə olunub, belə ki ötən ilin eyni ayı ilə müqayisədə bu ölkədən 11 min və ya 23.4% daha çox xarici vətəndaş gəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
8 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
9 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
9 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
9 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar









.jpg)






.jpg)


