İlk 6 ayda Azərbaycan iqtisadiyyatı nə qədər artıb?
2019-cu ilin birinci yarısında ölkənin ümumi daxili məhsulu (ÜDM) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 37 milyard 825,2 milyon manata çatmış, əhalinin hər nəfərinə düşən ÜDM isə 3828,1 manata bərabər olmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ÜDM istehsalının 44,6 faizi sənayenin, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9 faizi tikintinin, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 14,5 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,0 faizini təşkil etmişdir.
Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər 15,8 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 13,1 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 3,3 faiz, sənayedə 2,9 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,8 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 2,5 faiz, digər xidmət sahələrində 1,8 faiz artmış, tikintidə isə 11,2 faiz azalmışdır.
İqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 1,3 faiz, qeyri neft-qaz sektorunda isə 3,2 faiz artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 4 saat əvvəl
-
5 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
5 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti





























