“Xəzər adaları”nın adı dəyişdirilib - Başıbəlalı layihəyə “gün doğdu”
“Avesta” şirkətinin “Xəzər adaları” layihəsi “Azərbaycan Sənaye Korporasiyası”na verilib. Layihənin yeni adı “Yeni şəhər” kompleksidir.
“Azərbaycan Sənaye Korporasiyası”ndan bildirilib ki, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı ardıcıl tədbirlərin davamı kimi, Təhvil-Təslim Komissiyasının 10 aprel 2019-cu il tarixli 21 saylı qərarı ilə “Avesta Konserni” MMC-yə məxsus olmuş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin şimal-şərq hissəsində 499,9573 ha torpaq sahəsinin istifadə hüququ və onun üzərində yerləşən inşası başa çatmamış tikililər (“Yeni şəhər” kompleksi) “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına verilib.
“Yeni şəhər” kompleksinin gələcək inkişafı baxımından texniki və iqtisadi cəhətdən yenidən əsaslandırılması üçün yerli və xarici mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulub. Mütəxəssislər tərəfindən yekun rəy verildikdən sonra, layihənin davam etdirilməsi, gələcək inkişaf perspektivləri, investorların axtarışı barədə qərar qəbul ediləcək.
Azərbaycanda 8 il bundan qabaq maliyyə tutumuna və miqyasına görə böyük səs-küyə sahib olan bir layihənin təməli qoyuldu. 2011-ci ildə “Avesta” şirkəti 100 milyardlıq “Xəzər adaları” layihəsini ortaya qoyaraq dənizdə yeni bir ada şəhərin salınacağının anonsunu verdi. Burada 1 milyon nəfərin yaşaması planlaşdırılırdı. Bunun üçün lazım olan bütün infrastrukturların qurulacağı da planda öz əksini tapmışdı.
Şirkətin prezidenti İbrahim İbrahimov (Hacı İbrahim) o zaman bildirmişdi ki, layihənin həyata keçirilməsinə Amerika, Türkiyə, ərəb və Çin investorları maraq göstərirlər. Hətta bu dövrlərdə bir neçə xarici şirkətin rəhbərlərinin layihəyə yatırım edəcəyi ilə bağlı məlumatlar yayılmışdı. 2013-cü ilin oktyabrında adalarda inşa edilmiş idman və stadionlar kompleksinin açılışı da olub. Ancaq bu proyektin inşası 2015-ci ildə dayandırıldı. Buna səbəb layihənin icraçısı olan İbrahim İbrahimovun müflis olması idi. Məlum oldu ki, o, dövlət bankı olan “Azərbaycan Beynəlxalq Bankı” ndan götürdüyü 1 milyard dollara yaxın vəsaiti təyinatı üzrə xərcləməyib. Layihə rəhbəri “Beynəlxalq Bank” işi məsələsində ödəmədiyi borcuna görə cinayət məsuliyyətinə də cəlb olunmuşdu. O, borcunu ödəmək şərtiylə sərbəst buraxılıb.
Bu günlərdə də iş adamı mətbuata verdiyi açıqlamada “Xəzər adaları” layihəsini banka olan borcunu ödəmək məqsədi ilə dövlətə bağışladığını vurğulayıb. Ərazinin deputat Kamran Nəbizadənin rəhbərlik etdiyi Azərbacan Sənaye Korporasiyasına verildiyini təsdiqləyib. Əmlakın dəyərinin 720 milyon manat həcmində qiymətləndirildiyini və borcunu ödəyib tam bitirdiyini ifadə edib.
Qeyd edək ki, zamanla mətbuatda bu meqalayihə ilə bağlı müxtəlif açıqlamalar verilsə də, onun reallaşması mümkün görünməyib.
Buna görə də layihənin ciddiliyi şübhə altına düşüb. Bu müddətə qədər tikilmiş tikililər də baxımsız və yarımçıq vəziyyətdə qalıb.
Elə bu ərəfədə Rusiyanın “RBK” kanalı “Xəzər adaları” layihəsinin 2022-ci ildə başa çatacağı ilə bağlı xəbər yaydı. Həmin süjetdə dünyanın ən hündür qülləsi olan “Azərbaycan” qülləsinin ( 1050 m) hətta 2019- cu ildə başa çatdırılacağı bildirilib. Bütün arxipelaqın isə 2022-ci ildə başa çatmasının planlaşdırıldığı qeyd edilib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
4 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
5 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
5 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
Ən çox oxunanlar
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır






.jpg)






.jpg)



