“Express maarifləndirmə” layihəsinin məzunları artır - NÖVBƏTİ TƏLİM BAŞ TUTACAQ
(®) Gənclərin yeni biliklər əldə etməsinə və bank fəaliyyətində ümumdünya təcrübəsi ilə yaxından tanış olmağına şərait yaratmaq məqsədini daşıyan Expressbank-ın “Express maarifləndirmə” layihəsinin 2019-cu ilin ilk 6 ayında təşkil etdiyi təlim və seminarlardan 300 nəfər faydalanıb.
Gənclərin, tələbələrin maarifləndirilməsi üzrə davamlı olaraq faydalı görüşlər təşkil edən Expressbank-ın nəzdində fəaliyyət göstərən Express İnkişaf Mərkəzinin bu layihəsi cari ilin yanvar ayından müxtəlif səpkidə mövzular üzrə maraqlı seminarlar, təlimlər təşkil etməkdə davam edir. Bu görüşlər hər ay bankın peşəkar mütəxəssislərinin iştirakı ilə baş tutur.
Belə ki, Bankın Ödəniş sistemləri və hesablaşmalar mərkəzinin rəhbəri Teymur Ağakişiyev tərəfindən “Bank kartları”, Təlim və tədris şöbəsinin rəhbəri Faiq Musayev “Peşəkar CV”, Bankın Audit Komitəsinin Sədri Fazil Məmmədov tərəfindən “Bank fəlsəfəsi”, Bankın İnsan Resursları Departamentinin əməkdaşı Nurxan Babayev tərəfindən “Emosional intellekt” və “Peşəkar mütəxəssis”, Bankın Hüquq departamentinin rəhbəri Emil Xəlilov tərəfindən “Bank qanunvericiliyi” və Bankın Maliyyə departamentinin direktor müavini Fuad Məmmədli tərəfindən “Maliyyə savadlığı” və Bankın Texniki avadanlıqlara nəzarət şöbəsinin rəhbəri Səid Məmmədov və əməkdaşı İlqar Məmmədov tərəfindəm müxtəlif mövzularda təlimlər təşkil edilib.
Bank daxili təlimlərlə yanaşı, həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkilatçılığı ilə Bakıda mayın 13-17-də təşkil edilən "Maliyyə və rəqəmsal texnologiyalar həftəsi"ndə “Fintex Sammit - Maliyyə və Texnologiyalar Sammiti” çərçivəsində Express İnkişaf Mərkəzində açıq qapı günü elan edilərək 40 nəfərə təlim təşkil edilib.
Expressbank-ın nəzdində fəaliyyət göstərən “Express maarifləndirmə” layihəsinin əsas hədəfi keyfiyyətli və tədris sahəsində ehtiyacları qarşılayan mərkəzə çevrilmək və potensialı olan gənclərin bank sahəsində təcrübə əldə edərək gələcəkdə daha böyük uğurlara nail olmalarına zəmin yaratmaqdır.
Layihənin davamı olaraq növbəti maarifləndirici təlimlər 26 iyulda baş tutacaq. Bankın İnformasiya Texnologiyaları departamentinin direktor müavini Şahin Kərimovun iştirakı ilə “Rəqəmsal texnologiyalar dövründə karyera” mövzusunda təlim təşkil ediləcək. Qeydiyyatdan keçən ilk 40 nəfər təlimdə iştirak şansı qazanacaq. İştirak etmək istəyənlər [email protected] elektron ünvanına CV formalarını göndərə bilərlər.
Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 4 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
12 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)






.jpg)





.jpg)






