Daha bir bankın son vəziyyəti məlum oldu
Bank “BTB” ASC 2019-cu ilin 1-ci yarısını 895 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2018-ci ilin birinci yarısını 1 milyon 48 min manat xalis mənfəətlə bağlamışdı. Xalis mənfəətin azalması ehtiyatlardan daha az vəsaitin azad olması ilə bağlıdır. Mühüm olan, Bank “BTB”nin müştərilərə verdiyi kreditlərin, gəlirlərinin və əməliyyat mənfəətinin artmasıdır.
GƏLİRLƏRİ ARTIB
“Marja” Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, “Bank BTB”nin faiz gəlirləri 2019-cu ilin birinci yarısında 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyon 796 min manat və ya 30 % artaraq 10 milyon 590 min manat təşkil edib. Bankın qeyri - faiz gəlirləri isə cüzi (60 min manat) artaraq 2 milyon 888 min manat təşkil edib.
“Bank BTB”nin faiz xərcləri 2019-cu ilin birinci yarısında 2018-ci ilin eyni dövrü ilə müqayisədə 526 min manat və ya 10% artaraq 5 milyon 721 min manat, qeyri-faiz xərcləri isə 905 min manat və ya 15% artaraq 5 milyon 721 min manat təşkil edib.
Gəlirlərin xərclərdən daha çox artması ilə əlaqədar olaraq Bank “BTB”nin əməliyyat mənfəəti artıb. Ötən ilin birinci yarısında əməliyyat mənfəəti 355 min manat ikən, cari ilin birinci yarısında 770 min manat təşkil edib. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan 125 min manat azad olması hesabına Bank “BTB”nin mənfəəti 895 min manata yüksəlib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin birinci yarısında aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış ehtiyatın 693 min manatı azad olduğundan bankın mənfəəti 355 min manatdan 1 milyon 48 min manata yüksəlmişdi.
BANK BÖYÜYÜB
30 İyun 2019-cu il tarixində “Bank BTB” 303 milyon 772 min manat cəmi aktivlərə, 247 milyon 263 min manat cəmi öhdəliklərə və 56 milyon 509 min manat cəmi balans kapitalına malik olub.
2018-ci ilin sonunda “Bank BTB” 314 milyon 773 min manat cəmi aktivlər, 259 milyon 367 min manat cəmi öhdəliklərə və 55 milyon 406 min manat cəmi balans kapitalına malik idi.
30 İyun 2019-cu il tarixində “Bank BTB” 299 milyon 449 min manat cəmi aktivlərə, 243 milyon 924 min manat cəmi öhdəliklərə və 55 milyon 524 min manat cəmi kapitala malik idi.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
2019-cu ilin ilk 6 ayında “Bank BTB”də müştərilərə verilmiş kreditlər 3 milyon 921 min manat artaraq 179 milyon 152 min manata çatıb. Ötən ilin 30 İyun tarixi ilə müqayisədə Bankın müştərilərə verdiyi kreditlər 14 milyon 560 min manat və ya 8,8% artıb.
30 İyun 2019-cu il tarixində “Bank BTB” 56 milyon 208 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
12 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
-
12 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 14 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Ən çox oxunanlar
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR


















