Vergilər 1 milyard manata yaxın cərimə yazıb
Ötən il Vergilər Nazirliyi 7 088 səyyar vergi yoxlaması həyata keçirib. 2015-ci illə müqayisədə yoxlamaların sayı 5 131 vahid yaxud 42% azalıb.
Məlumata görə, həyata keçirilən növbəti səyyar yoxlamaların sayı 4 677 vahid yaxud 73,79% azalaraq 2016-cı ildə 1 661-ə düşüb. Ötən il aparılan növbədənkənar səyyar yoxlamalarının sayında da azalma müşahidə edilib. Belə ki, 2015-ci ilə nisbətən 2016-cı ildə növbədənkənar səyyar vergi yoxlamalarının sayı 454 vahid və ya 7,7% azalaraq 5 427-yə düşüb.
Ötən il yoxlama və nəzarət tədbirləri nəticəsində hesablanmış əlavə vəsait, faiz, tətbiq edilmiş maliyyə sanksiyası və inzibati cərimələrin ümumi həcmi 971,99 mln. manat olub ki, bu da 2015-ci illə müqayisədə 92,73 mln. manat yaxud 8,72% azdır.
Yoxlama və nəzarət tədbirləri nəticəsində hesablanmış əlavə vəsait, faiz, tətbiq edilmiş maliyyə sanksiyası və inzibati cərimələrin 628,45 mln. manatı (64,7%) əlavə vəsaitlər, 342,32 mln. manatı (35,2%) maliyyə sanksiyası, 120,6 min manatı (0,01%) inzibati cərimələr, 1,1 mln. manatı (0,11%) isə faizlərin payına düşür.
© Report
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
1 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 13 d. əvvəl
- 15 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















